Bu gün "Hilton" hotelində Monteneqronun Azərbaycan Respublikasındakı Fəxri konsullluğunun açılış mərasimi keçiriləcək.
525.az-ın məlumatına görə, açılışda hökümət və diplomatik korpus nümayəndəri , millət vəkilləri, media mənsubları iştirak edəcək.
Tədbiri giriş nitqi ilə Monteneqronun Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Ramo Braliç açacaq.
Çıxış edənlər arasında həmçinin Xarici İşlər Nazirinin xüsusi tapşırıqlar üzrə səfiri Məmməd Əliyev və Monteneqro dövlətinin Azərbaycan Respublikasındakı Fəxri Konsulu Vüqar Əliyev yer alacaq.
Mərasimin yekununda Monteneqroya həsr olunmuş video çarxın nümayişi olacaq.