|
|
|
|

Bakıda hündür mərtəbəli binada baş verən yanğın söndürülüb.
Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanğın 19 kvadratmetr ərazini əhatə edib. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər yanğının genişlənməsinin qarşısını alıblar.
Qeyd edək ki, yanğın Zərdabi - 71 a ünvanında yerləşən 17 mərtəbəli yaşayış binasında qeydə alınıb.
,,,,,,,,,,,,,,,,,,,,
Bakıda çoxmərtəbəli yaşayış binası yanır.
Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanğın Zərdabi - 71 a ünvanında yerləşən 17 mərtəbəli yaşayış binasında qeydə alınıb. Hazırda yanğınsöndürənlər yanğının qarşısını almağa çalışırlar.



