
Dağlıq Qarabağ münaqişəsini özündə əks etdirən və aprel ayında təqdim olunacaq Qafqaz filminin yaradıcı heyətinə-oyuncularına Xəzər mükafatını təqdim edən millət vəkili yaradıcı heyətə təşəkkür etdikdən sonra filmin verdiyi mesaja toxunaraq deyib:
“Elə yaralar,acılar var ki, onları ömrünüzün sonuna qədər unuda bilməzsiniz. Bu normal yaşaya bilmədiyiniz uşaqlıq və gənclik illəriniz, dostlarınızın yarımçıq qalmış xəyallarıdır. Azərbaycanda 100 minlərlə uşaqlar, gənclər bu ağrını çəkərək böyüyüblər və ömürlərinin sonuna qədər bu acılarla yaşayacaqlar.
Çünki onlar Ermənistanın Azərbaycan torpaqlarını işğalı zamanı böyük açılar yaşayıblar,yaralar alıblar. Minlərlə günahsız insan qətlə yetirildi, minlərlə gəncin xəyalları, arzuları yarımçıq qaldı. Mən Azərbaycanın Ermənistanla sərhədlərində doğulmuşam, yaşamışam, o ağrı və acıları, günahsız qətlə yetirilən sinif yoldaşlarım, dostlarım olmaqla bütün o ağrını hələ də yaşayan bir nəslin nümayəndəsiyəm.
O insanların heç bir suçu yox idi. Onlar öz torpaqlarında, evlərində yaşayırdılar. Amma kinlə, nifrətlə, işğal xisləti ilə yetişdirilənlərin, Ermənistanın işğalçılıq siyasətinin qurbanı oldular. Bu filmin mükafatlandırılmasının və bu forumun anlamı bütün dünyaya bir mesajdır.
Məndən jurnalistlər sizcə bu forumun əhəmiyyəti nədir deyə soruşduqları zamanı bu forumda bu bölgədə olan görün nə qədər ölkələrin əməkdaşlığının genişləndirilməsi, daha da surətləndirilməsi prespektivləri müzakirə olunur. Əməkdaşlıq olan yerdə inkişaf var, uşaqların və gənclərin xoşbəxt gələcəyi var.
Taş əksinə kin, nifrət, başqalarının torpaqlarını işğal zehniyyəti isə minlərlə insanın həyatını itirməsi, milyonlarla insanın mutsuzluğu deməkdir. Təssüf ki, bəzi ölkələr bunu hələ də anlamırlar və hələ də işğalçılıq xislətindən qurtula bilmirlər. Mən inanıram ki, Xəzər Forumu, burada iştirak edən və əməkdaşlıq, inkişaf istəyən ölkələrin xalqları qədər də bölgəmizin inkişafına öz töhvəsini verəcək.
Mən bu Çırağan sarayında Azərbaycanın milli lideri Heydər Əliyevin çıxışını xatırlayıram.O zaman Bakı-Tiflis-Ceyhan layihəsinə 3 dənizin əfsanəsidir deyirdilər, bir çoxları onun gerçək oıla biləcəyinə inanmırdılar. O isə inanırdı və biz sizin əfsanə adlandırdığınız bu layihəni gerçək edəcəyik deyirdi və etdi də.
Mən burada onu rəhmətlə anaraq demək istəyirəm ki, bu layihə, əməkdaşlıq Azərbaycan,Gürcüstan,Türkiyə ilə bərabər bölgə və dünya üçün əhəmiyyətli oldu.Azərbaycan hər zaman bu düşüncə ilə yanaşdı məsələlərə. Bu gün bir çox nağıl kimi görünən layihələri gerçəyə çevirən Azərbaycan prezidenti İlham Əliyevi də buradan təbrik edərək demək istəyirəm ki, Azərbaycan hər zaman əməkdaşlıqdan, sülhdən yana oldu və bu gün də belədir.
Amma təssüf ki, bölgədə hələ də sülhün yaranmasına əngəl olan güclər var, dövlətlər var, onların işğal etdiyi torpaqları işğalda saxlamaqla bütün bölgəyə zərər vurmaqda davam edirlər. Mən arzu edirəm ki, inşallah gələn forumu işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda qeyd edək, o zaman bölgəyə həqiqi bir ədalət gələ bilər”.
Qeyd edək kı, Xəzər Forumunun sonunda mükafatlandırma və Qala gecə keçirilib.
Təşkilatçı və sponsorlara mükafatların təqdim olunmasının ardından forumun fəxri qonaqları - Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız və nəqliyyat, kommunikasiya və dənizçilik naziri Binali Yıldırım nitq söyləyiblər.
Bunun ardınca Xəzər Forumunun müəyyənləşdirdiyi mükafatlar elan olunub.İlin Dövlət Adamı adına Azərbaycan prezidenti İlham Əliyev layiq görülüb.
K.Həmzəoğlu



