https://525.az/img/pics/medium/2024-04/311242_odoc9t9k42.jpg “525-ci qəzet”in 25 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311122_b1hfkgacxz.jpg Birinci siniflərə şagird qəbulu: prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/311123_csv76oo4sq.jpg "Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"
search
24 Aprel 2024

Tərlan Əhmədov: "Qarabağ" "Neftçi"dən bir az üstündür"

Tərlan Əhmədov: "Qarabağ" "Neftçi"dən bir az üstündür"

"Neftçi" klubunun sabiq məşqçisi Tərlan Əhmədovun Qol.Az saytına müsahibəsi

- Bildiyimizə görə, "Neftçi"dən ayrıldıqdan sonra işsizsiniz. Yaxın vaxtlarda işləmək planınız var?

- Hazırda A kateqoriyalı məşqçi kurslarındayam. Bu kursları keçmək üçün Ukraynaya getməyə ehtiyac duymadım. Çünki bizə dərs keçən alman mütəxəssis çox savadlıdır. Ondan öyrəniləsi çox şey var. Çalışıram ki, bu boşluqdan istifadə edib biliyimi artırım. Əvvəllər işlədiyim üçün kurslara getməyə vaxt olmurdu. Qismət olsa, gələn il Pro dərəcəsi almaq üçün kursa gedəcəyəm. İnşallah, kateqoriyaların hamısını əldə etməyə çalışıram. Sonra da iş nəsib olsa, işləyərəm, olmasa, zamanımı gözləyərəm.

- Hansısa klubdan işləmək üçün təklif gəlib?

- Yox. Hələ ki heç bir təklif yoxdur, sakitçilikdir. İndi hamı öz klubunda iş başındadır.

- Uzun müddət futboldan uzaq qalmaqdan ehtiyat etmirsiniz?

- Zərrə qədər də bundan çəkinmirəm. Həyat hərdən bizi sınağa çəkir. Elə olur ki, məcbur olub həyatda nəyisə qurban verməli olursan. Oynadığım dövrdə də həyatın çox üzünü görmüşəm. Çox insan yalan vədlər verirdi. Təbii ki, bunlar hamısı bir sınaqdır. Nə qədər işsiz qalacağımı bir Allah bilir. Hər halda heç kim acından ölməyib, hər kəs bir yerdə işləyir, çörəyini qazanır. Mən bilirdim ki, yaxşı gedən bir işin arxasında böyük bir çətinlik olacaq. Hərdən deyirlər ki, 2013-cü il mənə uğurlu oldu və ya əksinə. Hər bir uğursuzluqdan sonra uğur gəlir. İnşallah, bizi də bir uğur gözləyir.

- Yəqin çempionatı izləyirsiz. Komandaların çıxışı haqda nə deyə bilərsiniz?

- Bizim istefamızdan 4-5 tur keçib. Yəni elə də dəyişiklik görmürəm. Həmişə demişəm ki, ikinci dövrənin ortalarından əsas mübarizə başlayacaq, bəzi şeylərə aydınlıq gələcək. Birinci dövrədə o qədər də maraqlı oyunlar olmadı, çempionat sönük keçdi, komandalar o qədər məsuliyyətli deyildi. Ancaq çempionatın sonuna yaxınlaşdıqca, daha gərgin və maraqlı oyunlar olacaq.

- "Neftçi"nin çıxışlarını necə dəyərləndirmək olar?

- "Neftçi" də normal çıxış edir. Komanda birinci yerdədirsə, deməli, hər şey öz qaydasındadır. Komandanı analiz etməyinə dəyməz. "İnter"ə məğlub olmasına baxmayaraq, turnir cədvəlinin lideridir. Məndən sonra elə bir dəyişiklik yoxdur. Buna ehtiyac da yoxdur.

- Topaz Premyer Liqanın növbəti turunda baş tutacaq "Qarabağ" - "Neftçi" oyunu haqda fikirlərinizi öyrənmək istərdik.

- Özüm də "Qarabağ"da və "Neftçi"də oynayan dövrdə bu komandalar arasındalı matç çox gərgin alınıb. İndi deyirlər ki, guya "Neftçi"nin "Xəzər Lənkəran"la oyunu derbidir. Ancaq mən belə deməzdim. Derbi oyunu həmişə "Qarabağ"la "Neftçi" arasında olub. Düşünürəm ki, iki gündən sonra çox gözəl oyunun şahidi olacağıq. Hər halda komandaların heç biri istəməz ki, "Qəbələ" onları qabaqlasın.

- Hansı komandanı daha güclü hesab edirsiniz?

- Futbolda 90 dəqiqə ərzində çox şey dəyişə bilər. Ancaq hər halda "Qarabağ" evdə oynadığı üçün bir qədər üstündür. Həm də "Qarabağ"ın yeni mövsümdə etdiyi əcnəbi transferlərə görə az da olsa, "Neftçi"dən üstün olduğunu deməyə əsas verir.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.