
Bakı şəhəri, Qaradağ rayonu “Binə” ticarət mərkəzində yanğın hadisəsi baş verib.
525.az-ın FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən və xilasediciləri cəlb olunub. Hal hazırda yanğın məhdudlaşdırılıb, yanğının söndürülməsi üzrə işlər davam etdirilir.
Əlavə məlumat veriləcəkdir.



