https://525.az/img/pics/medium/2024-05/312451_lxkxbkfcbb.jpeg Kouç təlimləri insana nə qazandırır?
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg COP29-un Bakıda təşkili - Azərbaycanın növbəti böyük uğuru
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg "Cəhənnəmdən keçmiş mələk": Bircənin fərqliliyi - Elxan Yurdoğlu yazır
https://525.az/img/pics/medium/2023-12/296476_nohm4rbib1.jpg Ölülərin o dünyada görüşü - Akif Rəfiyev yazır
search
3 May 2024

Ebru Gündeş canlı efirdə Rza Zərrabdan danışıb ağladı- Video

Ebru Gündeş canlı efirdə Rza Zərrabdan danışıb ağladı- Video

Son günlər mətbuatın gündəmindən düşməyən türkiyəli müğənni Ebru Gündəş “O səs Türkiyə” yarışmasında rüşvət qalmaqalı səbəbi ilə həbsxanada olan həyat yoldaşı, cənubi azərbaycanlı iş adamı Rza Zərrab haqda danışıb.

Axşam.az xəbər verir ki, gözyaşlarına hakim ola bilməyən müğənni hər kəsdən ona dəstək olmasını istəyib:

“Çox təəccüblü və qəmgin olduğum bir mövzudur. Rza mənim ərim və uşağımın atasıdır. Biz bir-birimizi çox sevərək evlənmişik. Ailə qurarkən söz verdik ki, yaxşı və pis gündə birlikdə olacağıq. İndi də həyatımızda qaranlıqdır, amma bilirəm ki, hər gecənin bir sabahı var. Bilirəm ki, bunun da bir sabahı var. Daha öncə də bir xəstəliklə üz-üzə qaldım. On gün sonra verilişlərin birinə çıxdım, 3 ay sonra isə səhnəyə qayıtdım. Evlənməmişdən öncə də, evlənəndə də işimi görürdüm, bu gündən sonra da belə olacaq. İnşallah, bu qara günlər tez keçər. Övladımın daha artıq üzülməsini istəmirəm. İndi yalnız cismən burdayam, ruhən isə əsla. Çünki içim qan ağlayır”.

“O səs Türkiyə” yarışmasının münsif  kürsüsündə əyləşən Ebru bu hadisələrə görə yarışmanı qoyub getməyəcəyini söyləyib: “Elə bilirdim ki, biz burada sadəcə əylənib gülürdük. Amma gördüm ki, hər şey tək bundan ibarət deyilmiş. Çox sağolun ki, bu günümdə hər biriniz yanımda oldunuz”.



Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.