525.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dekabrın 26-da Sumqayıt şəhəri 2-ci məhəllə ərazisində yerləşən 11 saylı orta məktəbin elektrik paylayıcı qutusunda yanğın baş verib. Məktəbin şagirdləri - şəhər sakinləri Afaq Məmmədli, Kənan İmanzadə və Elza Əhmədova tüstüdən zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.