Bu gün Bakı—Şamaxı yolunun Qobustan rayonunun Cəngi qəsəbəsi yaxınlığından keçən hissəsində baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar aydınlaşıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, ölən 5 nəfərdən ikisi 90 KU 103 nömrə nişanlı, tünd metallik rəngli “VAZ 2107”-də olub. Həmin avtomobilin sürücüsü isə ağır yaralanıb. Digər avtomobildə, yəni 90 CZ 517 nömrə nişanlı, tünd göy rəngli digər “VAZ 2107”-də isə 3 nəfər hadisə yerindəcə keçinib. Avtomobildə olan hərbçi və digər bir nəfər isə ağır yaralanıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, hadisəyə tünd metallik rəngli avtomobilin yüksək sürətlə manevr etməsi səbəb olub. Həmin avtomobildə olan 3 gənc oğlandan 2-si hadisə yerindəcə keçinib.