İlkin məlumatlara görə, partlayışı qadın terrorçu-kamikadze törədib. Bu barədə Rusiyanın Milli Antiterror Komitəsi məlumat yayıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi partlayış nəticəsində 10 nəfərin öldüyünü açıqlayıb. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, bu dəqiqələrdə dəmiryolu vaъzalının qarşısında onlarla təcili yardım maşını dayanıb. Yaralananların sayı onlarladır. Dağıntılar arasında qalanlar var.
Güc strukturlarındakı mənbə isə “RİA Novosti”yə bildirib ki, partlayış vağzalın birinci mərtəbəsində giriş qapıları ilə turniketlər arasında baş verib. Hadisə yeri mühasirəyə alınıb.