"Peşəkar jurnalistika tarazlığı qoruyub saxlayacaq" - Mətbuat Şurasının sədri
“Uzaq xatirələr ayıldar səsin...” - Flora Kərimova - 85
Səssiz inqilabın səsi niyə gecikir? - Milli Mətbuat Günü qeydləri
Azərbaycan əhalisinin sayı 0,1 faiz artıb
Haqqımızda
|
Əlaqə
|
Mobil versiya
|
Köhnə 525
|
Əsas səhifə
Bütün xəbərlər
Siyasət
Sosial
İqtisadiyyat
COP29
Mədəniyyət
İdman
Dünya
Qarabağ
Ədəbiyyat
Digər
"525" - 30
Müsahibə
Region
Rəsmi
Şou-biznes
525-ci qəzetə yubiley təbrikləri
"525" - 25
Faydalı
Media
Turizm
Maraqlı
Təhsil
Texnologiya
Son xəbərlər
22 İyul 2026
01:09
Hindistanda tuneldə partlayış -
9 ölü
00:56
Əfqanıstanda daşqınlar 20 nəfərin həyatına son qoyub
00:42
Vyetnamda sərnişin avtobusu yanıb -
7 ölü, 5 yaralı
00:27
İndoneziyada yaşayış kompleksində partlayış
00:13
Nigeriyada sərnişin gəmisi aşıb -
40-dan çox insan itkin düşüb
00:01
Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
21 İyul 2026
23:01
Erməni güləşçilər Bakıya gələcək
22:11
“Sabah” "KuPS"a qalib gəldi
22:00
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər -
YENİLƏNİB-1
21:54
Akademiyanın səssiz gücü: Elm diplomatiyası və mədəniyyət
20:00
Britaniyanın yeni XİN başçısı ilk telefon danışığını ukraynalı həmkarı ilə aparıb
19:41
“Aİ nümayəndəliyinin açılması Omanla münasibətlərdə mühüm mərhələdir” -
Kallas
19:00
Britanya tamamiə elektron vizalara keçib
18:26
Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı
18:19
Arayikgilin apellyasiya məhkəməsində prokurorlar çıxışa başladı
18:00
"Güclü rəhbər olmadan güclü məktəb qurmaq olmaz” -
Təhsil eksperti
17:55
Rövşən Rzayev vətəndaş qəbulu keçirib
17:53
İranlı diplomat Fransa XİN-ə çağırılıb
17:51
ƏMAS-da ezamiyyə vəsiqələrinin elektron tərtibi ilə bağlı yeni funksionallıq yaradılıb
17:50
Milli Paralimpiya Komitəsi ilə "Neftçi" İdman Klubu arasında əməkdaşlıq müzakirə edilib
17:43
Bakı və Berlin strateji tərəfdaşlıq gündəliyi ilə əməkdaşlığı möhkəmləndirir
17:39
Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır
17:33
Azərbaycanda İtaliya məhsullarının təşviqi ilə bağlı proqram başlayır
17:27
"Zirə" "Göztepe"nin sabiq futbolçusunu aldı
17:25
Azərbaycan və Almaniya dövlət qurumları arasında müntəzəm məsləhətləşmələrin aparılması razılaşdırılıb
17:15
Dövlət musiqi, incəsənət məktəblərində işləyənlərin sertifikatlaşdırma qaydası təsdiqlənib
17:11
Kamran Əliyev Kəlbəcərdə prokurorluq oraqanlarının xidməti fəaliyyəti ilə tanış olub
17:07
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşib -
SİYAHI
17:01
Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar
17:00
«Hazırlıq dövründə həmin vərdişlərin inkişaf etdirilməsi zəruridir» -
Mütəxəssis rəyi
16:57
Azərbaycan və Almaniya davamlı su ehtiyatlarının idarə olunması üzrə əməkdaşlığı artıracaq
16:55
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalanıb
16:53
Almaniya–Azərbaycan İqtisadi Şurasının yaradılması barədə razılıq əldə olunub
16:48
"Bağlantılar və tranzit imkanları ilə bağlı da Almaniya–Azərbaycan əməkdaşlığının çox böyük əhəmiyyəti var" -
Prezident
16:45
"Azərbaycanın investisiya proqramı Almaniya şirkətləri üçün yeni imkanlar yarada bilər" -
Merts
16:39
"Peşəkar jurnalistika tarazlığı qoruyub saxlayacaq" -
Mətbuat Şurasının sədri
16:27
Dövlət başçısı: Azərbaycan gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir
16:10
"Azərbaycan-Almaniya əlaqələri bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə töhfəsini verəcək" -
Prezident
16:05
"Əminəm ki, bu gün imzalanmış sənədlər əlaqələrimizi yeni səviyyəyə qaldıracaq" -
İlham Əliyev
16:00
"Repetitor dəstəyi əksər hallarda zəruri deyil” –
Rəy
15:58
Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalanıb
15:55
12 şəhərlərarası və şəhərətrafı avtobus marşrutu üzrə müsabiqə qalibləri müəyyənləşib
15:45
ABŞ-də batan adamı xilas etmək istəyən 5 nəfər boğuldu
15:31
Kəlbəcərdə 39 yaşlı şəxs sursat partlayışı nəticəsində xəsarət alıb
15:21
Baş prokuror Kəlbəcərdə vətəndaşları qəbul edib
15:10
İspaniyanı gözləyən təhlükə
15:07
"Yalnız bundan sonra bu xidmətlərdən istifadə etmək məqsədəuyğundur" -
Ekspert
15:05
Prezident İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilib -
YENİLƏNİB
15:00
“Bu qanun investorların hüquqlarının qorunmasına da xidmət edəcək” -
İqtisadçı
14:54
Bu ildən jurnalistika ixtisasına qəbul olmaq istəyənlər inşanı kompüterdə yazacaqlar
14:32
Messi Argentina yığmasından getdi
14:20
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub -
YENİLƏNİB
14:10
"İmişli" 5 qolla qalib gəldi
14:09
“Uzaq xatirələr ayıldar səsin...” -
Flora Kərimova - 85
14:03
“Azercell”in kibertəhlükəsizlik sahəsində potensialı beynəlxalq səviyyədə tanındı
14:00
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb -
DİN
13:57
Rusiyada 7 yaşlı uşaq 7-ci mərtəbədən yıxıldı, sağ qaldı
13:54
Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb
13:48
Ömrü nəğmələrə köçən sənətkar
13:45
Azərbaycanlı yazıçının kitabı Türkiyədə işıq üzü görüb
13:42
“Azərbaycan futbolunun inkişafı üçün istedad və futbol sevgisi mövcuddur”
13:36
AzTV-nin bir qrup əməkdaşı Türkiyədə süni intellekt təlimlərində iştirak edəcək
13:31
“Səyyar Gənclər Xidməti” Ağsu gəncləri üçün növbəti dəfə yeni imkanlar yaradıb
13:25
Rusiyada içərisində uşaqlar olan ev yandırıldı
13:19
“Qəbələ” nigeriyalı vinger transfer etdi
13:13
Ukrayna və BMT Bakıda Kiyevə dəstəyi və humanitar məsələləri müzakirə ediblər
13:07
Sədərək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyinat olub
12:54
Belarus klubu yeni transferini İçərişəhərdə təqdim etdi
12:48
Özbəkistan şirkətləri ilə əməkdaşlıq çərçivəsində 11 mindən çox nəqliyyat vasitəsi istehsal olunub
12:45
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başa çatıb -
YENİLƏNİB
Son xəbərlərin davamı »
“Aqoniya”, yoxsa təkamül?
(Dördüncü məqalə)
(XIX əsr Azərbaycan ədəbiyyatına bir nəzər)
Yazar
Oxunub:
2205
dəfə
a
-
A
+
02.01.14 14:45
ELÇİN
Rüstəm
Kamalın
impulsiv
mülahizələri
bəzən
absurda
gətirib
çıxarır
:
o
,
Mirzə
Fətəli
Axundovu
“
İran
millətçisi
”
hesab
edir
və
deyir
ki
, “
Azərbaycan
ədəbiyyatında
iki
nəfər
Sasani
dövrünün
nostaljisini
yaşayıblar
:
Axundov
və
Xaqani
... (?!-
E
.)” (
Azadlıq
radiosu
, “
Pen
klub
”
proqramı
, 19
aprel
2013.)
“
İran
millətçisi
”,
yəni
Mirzə
Fətəli
Axundov
(!!)
Xaqani
kimi
(?!) “
Sasani
nostaljisi
yaşayır
”
və
...
Azərbaycan
ədəbiyyatında
tamam
yeni
bir
janrın
banisi
olur
,
milli
dramaturgiya
məktəbi
yaradır
,
müasir
Azərbaycan
ədəbi
-
bədii
dilinin
formalaşmasında
müstəsna
rol
oynayır
,
böyük
fəlsəfi
traktatını
Azərbaycan
dilində
yazır
,
müasir
hekayə
janrının
əsasını
qoyur
,
milli
ədəbi
tənqidin
(“
kritikanın
”!)
təşəkkül
tapmasına
təkan
verir
,
konkret
milli
mövzu
və
məzmunu
ədəbiyyata
gətirir
?
Xaqani
dünyagörüşü
ilə
ondan
700 (!)
il
sonra
və
tamam
başqa
bir
epoxada
,
tamam
başqa
bir
tarixi
şəraitdə
,
tamam
başqa
bir
ədəbi
-
estetik
və
siyasi
-
ictimai
mühitdə
yaşamış
və
yazıb
yaratmış
Axundov
dünyagörüşünü
eyniləşdirmək
hansı
metodoloji
prinsipə
söykənir
,
ümumiyyətlə
,
hansı
məntiqə
əsaslanır
?
Şəxsən
mən
bu
sualın
cavabını
tapa
bilmədim
.
Bu
yerdə
yenə
Yaşar
Qarayevin
obrazlı
bir
bənzətməsi
yadıma
düşür
: “
XIX
əsrdə
yaşasa
da
,
Axundov
mənəviyyat
tariximizdə
bu
günü
–
XX
əsri
yaradanların
ordusu
başında
durur
” (
Yaşar
Qarayev
.
Tarix
:
yaxından
və
uzaqdan
.
Bakı
, “
Sabah
”, 2996,
səh
. 225).
Sadə
bir
sual
doğur
:
nə
üçün
?
Sovet
dönəmində
də
Mirzə
Fətəli
Axundovun
yaradıcılığı
və
fəaliyyəti
yüksək
qiymətləndirilirdi
,
Axundovun
əsas
tədqiqatçıları
məhz
sovet
dövrünün
mütəfəkkirləri
idi
(
Mirzə
Feyzulla
Qasımzadə
,
Məmməd
Cəfər
Cəfərov
,
Cəfər
Cəfərov
,
Mikayıl
Rəfili
,
Heydər
Hüseynov
və
b
.)
və
bu
baxımdan
bu
məsələdə
,
yəni
Azərbycan
ədəbiyyatında
və
ictimai
fikrində
Axundov
hadisəsinin
qiymətləndirilməsində
heç
bir
əksqütblük
yoxdur
,
ancaq
məsələ
bu
qiymətləndirmənin
bəzi
hallarda
“
nə
üçün
?”
lüyündədir
,
hansı
bədii
-
ideoloji
əsaslara
söykənilməsində
,
hansı
cəhətlərin
şişirdilməsindədir
.
Misal
üçün
,
mən
Mirzə
Fətəlinin
yeni
əlifba
uğrundakı
mübarizəsini
birmənalı
qəbul
etmirəm
,
çünki
müasir
texnologiya
və
kommunikasiyanın
inkişafı
sübut
edir
ki
, “
göz
”
ü
“
kor
”
etmək
ucbatından
,
nöqtələrin
çoxluğuna
və
s
.
görə
,
maarifi
kütləviləşdirmək
,
savadı
artırmaq
məqsədilə
əlifba
dəyişmək
o
qədər
də
əsaslandırılmış
məsələ
deyil
.
Hər
halda
,
bizim
özümüzünküləşdirdiyimiz
ərəb
əlifbası
yapon
,
yaxud
Çin
ieroqliflərindən
çətin
qrafika
deyil
,
ancaq
baxın
,
bu
gün
ən
modern
kompyuterlər
məhz
həmin
ieroqliflərlə
çalışır
.
Əlifbanı
dəyişmək
,
əslində
,
millətin
özü
ilə
öz
keçmişi
arasında
mənəvi
bir
sərhəd
yaratmaq
deməkdir
və
bunun
acı
nəticələrini
bizim
bəxtimizə
düşən
dörd
dəfə
(
ərəb
-
latın
-
kiril
-
yenidən
latın
)
əlifba
dəyişmə
zamanı
görmüşük
.
Mirzə
Fətəlinin
əlifba
uğrundakı
mübarizəsinin
rəmzi
mənası
,
mənim
üçün
,
bu
mübarizənin
nəticəsindən
üstündür
və
mən
“
rəmzi
məna
”
dedikdə
,
milləti
silkələmək
,
onu
xəyalistandan
, “1001
gecə
”
nağılları
aləmindən
dartıb
çıxarmaq
ehtirasını
,
sulu
qəlyan
ləzzətini
kitab
həvəsi
ilə
əvəz
etmək
istəyini
nəzərdə
tuturam
,
bu
fəaliyyət
öz
enerjisini
dünyanın
–
müasir
elmin
,
ədəbiyyatın
,
incəsənətin
artıq
tamam
birtərəfli
(
Qərb
istiqamətindəki
!)
inkişafı
ilə
ayaqlaşa
bilmək
amalından
alırdı
.
Yaxud
, “
Axundov
ateizmi
”
mətləbinin
(
daha
dəqiq
isə
“
Axundov
və
din
”
mövzusunun
)
şişirdilməsini
və
yeri
gəldi
-
gəlmədi
hakim
sovet
ideologiyasının
tələbləri
baxımından
bundan
sui
-
istifadə
edilməsini
götürək
.
Mən
Mirzə
Fətəli
Axundovun
170
illik
yubiley
gecəsində
məruzə
etmişdim
və
o
məruzəni
hazırlayarkən
,
SSRİ
miqyasında
keçirilən
bu
yubiley
zamanı
Tiflisdə
onun
abidəsinin
açılışı
mərasimində
Eduard
Şevardnadzenin
çıxışını
oxumuşdum
.
İdeoloji
konyunkturanı
ifadə
edən
bu
çıxışda
Şevardnadze
ədibin
yaradıcılığını
və
bu
yaradıcılığın
əhəmiyyətini
bir
tərəfə
qoyub
,
Mirzə
Fətəlinin
“
dinin
buxovlarını
cəsarətlə
qırdığını
”
xüsusi
vurğulayırdı
(
Bax
: “
Kommunist
”
qəzeti
, 6
oktyabr
1982).
Hətta
bizim
böyük
ədəbiyyatşünaslarımızdan
biri
olan
rəhmətlik
Əziz
Mirəhmədov
da
M
.
F
.
Axundovu
“
dövtələb
ateizmin
banisi
”
adlandırır
və
bunu
xüsusi
təqdir
edirdi
(
Bax
: “
Kommunist
”
qəzeti
, 17
oktyabr
1982).
Bir
cəhət
də
vardı
ki
, “
Axundov
ateizmi
”
ndən
danışanda
,
əsas
etibarilə
bu
ateizm
islamla
bağlanırdı
və
“
Axundov
ateizmi
”
çox
zaman
məhz
islamla
bağlı
aspektdə
təhlil
edilirdi
,
halbuki
“
Axundov
və
din
”
münasibəti
yalnız
islamı
yox
,
bütün
dinləri
ehtiva
edirdi
.
Bütün
bunları
deməklə
,
mən
yenidən
Amerika
kəşf
etmək
fikrində
deyiləm
,
söhbət
sadəcə
olaraq
ondan
gedir
ki
,
Azərbaycan
ədəbiyyatından
və
indiki
halda
XIX
əsr
ədəbiyyatından
bəhs
edərkən
,
biz
ilk
növbədə
onu
,
sovet
dönəminin
ideoloji
doqma
və
aksentlərindən
azad
etməliyik
.
Rüstəm
müəllim
“
xarici
mütəxəssislərin
”
bu
fikri
ilə
razılaşır
ki
, “
XIX
əsr
Azərbaycan
ədəbiyyatı
təzədən
yazılmalıdır
” (“
Kulis
.
az
”
saytı
, 29
aprel
2013)
və
mən
də
“
təzədən
yazmaq
”
mənasında
yox
,
XIX
əsr
ədəbiyyatına
,
ümumiyyətlə
,
ədəbiyyat
tariximizə
yeni
gözlə
nəzər
salmağın
vacibliyi
baxımından
Rüstəm
müəllimlə
də
,
onun
istinad
etdiyi
“
xarici
mütəxəssislərlə
”
də
müttəfiqəm
.
Biz
müasir
ədəbiyyatşünaslığımızın
tarixini
Firudin
bəy
Köçərli
ilə
başlayırıq
,
ancaq
fakt
budur
ki
,
Azərbaycan
ədəbiyyatşünaslığı
70
illik
sovet
dövründə
təşəkkül
tapmış
,
formalaşmış
,
inkişaf
etmiş
və
böyük
bir
elmi
-
nəzəri
təsərrüfat
yaratmışdır
.
Ona
görə
də
xoşbəxtlikdən
“
təzədən
yazmağa
”
ehtiyac
yoxdur
(
artıq
yazılıb
!),
ancaq
bu
ədəbiyyata
ideoloji
məcburiyyət
və
məhdudiyyətdən
azad
şəkildə
yeni
gözlə
baxmağa
ehtiyac
var
,
bu
isə
heç
vəchlə
o
demək
deyil
ki
,
Mirzə
Fətəlini
“
İran
millətçisi
”
elan
edəsən
.
Deməliyəm
ki
,
Rüstəm
müəllimin
bu
fikri
orijinal
deyil
.
Xatırlayıram
ki
,
hələ
1988-
ci
ildə
mən
Nyu
-
Yorkda
ilk
dəfə
Tadeuş
Svyatoxovski
ilə
görüşdüm
və
onun
evində
qəhvə
süfrəsi
arxasında
gecənin
yarısına
qədər
söhbət
etdik
.
O
zamana
qədər
mən
onun
yanlız
Türkiyədə
türk
dilində
nəşr
olunmuş
“
Rus
Azerbaycanı
: 1905-
1920”
kitabını
oxumuşdum
(
bu
kitabı
oxumaq
üçün
rəhmətlik
professor
Abbas
Zamanovdan
götürmüşdüm
,
sonra
isə
müəllif
özü
avtoqrafla
mənə
bağışladı
)
və
söhbətimiz
əsnasında
gördüm
ki
,
Svyatoxovskinin
bir
tarixçi
kimi
Azərbaycan
tarixi
,
xüsusən
Demokratik
Respublikanın
tarixi
ilə
ciddi
məşğul
olur
.
Elə
həmin
gecə
bir
sıra
məsələlərlə
bağlı
isə
onunla
mübahisəmiz
də
oldu
və
o
məsələlərdən
də
ən
birincisi
bu
idi
ki
,
Tadeuş
Svyatoxovski
Mirzə
Fətəli
Axundovu
“
İran
millətçisi
”
hesab
edirdi
.
Sonralar
–
SSRİ
çökəndən
sonra
–
Svyatoxovskinin
əsərləri
çap
olundu
,
onun
hansısa
yazısında
bu
fikirlə
də
rastlaşdım
və
mən
bunu
amerikalı
alimin
Mirzə
Fətəli
yaradıcılığını
,
xüsusən
onun
komediyalarını
yaxşı
öyrənə
bilməməsi
,
əxz
etməməsi
ilə
yozuram
.
Mən
vaxtı
ilə
Azərbaycan
problematikası
kontekstində
Mirzə
Fətəli
Axundovun
yaradıcılığı
haqqında
geniş
məqalə
yazmışdım
(
Maraqlananlar
baxa
bilər
: “
Mənim
fikirlərim
haqdır
”,
M
.
F
.
Axundovun
şəxsiyyəti
və
yaradıcılığı
haqqında
düşüncələr
, “
Ədəbiyyat
və
incəsənət
”
qəzeti
, 10
dekabr
1982)
və
orada
Əbdürrəhim
bəy
Haqverdiyevin
çox
dəqiq
bir
müşahidəsini
yada
salmışdım
: “
Mirzə
Fətəlinin
...
epoletlər
,
imtiyazlar
,
xaç
və
medallarla
bəzənmiş
libasının
altında
od
tutub
alışmaqda
olan
bir
ürək
döyünməkdə
idi
” (“
Revolyusiya
və
kultura
”
jurnalı
, 1938, № 6-7,
səh
. 115).
Bir
az
gurultulu
səslənəcəyindən
çəkinməyərək
demək
istəyirəm
ki
, “
od
tutub
alışmaqda
olan
o
ürəyin
”
Azərbaycan
naminə
döyündüyünə
əmin
olmaq
üçün
,
heç
bir
elmi
-
nəzəri
yozuma
,
necə
deyərlər
, “
köməkçi
,
yönəldici
təmayülə
”
ehtiyac
yoxdur
və
mən
Mirzə
Fətəli
haqqında
söylənmiş
məlum
fikirləri
təkrar
etmək
istəmirəm
,
qısaca
olaraq
yalnız
elə
onun
dramaturgiyasına
müraciət
edirəm
.
Mən
Molla
Pənah
Vaqifin
bədii
dilimizi
milliləşdirməsi
barədə
artıq
yazmışam
,
Mirzə
Fətəli
Axundov
isə
XIX
əsr
Azərbaycan
ədəbiyyatına
yeni
janr
gətirərək
,
ədəbiyyatımızın
mövzu
və
məzmununu
milliləşdirdi
,
artıq
söhbət
nəzirəçilikdən
,
mücərrəd
qəzəl
və
qəsidəçilikdən
,
nəsihətçilikdən
, “
Divan
ədəbiyyatı
”
nın
vaxtı
keçmiş
təqlidindən
yox
,
xalqın
təmiz
dili
ilə
həmin
xalqın
gündəlik
həyatının
,
güzəranının
,
xarakterinin
,
hiss
-
həyəcanının
ifadəsi
olan
Heydər
bəyin
Sona
xanıma
real
məhəbbətindən
(“
Sərgüzəşti
-
mərdi
-
xəsis
”),
Ziba
xanım
ilə
Şölə
xanımın
tipik
intriqasından
(“
Sərgüzəşti
-
vəziri
-
xani
-
Lənkəran
”),
Tarverdinin
Şəmsəddin
mahalındakı
dərədə
uğursuz
soyğunçuluğundan
(“
Hekayəti
-
xırsi
-
quldurbasan
”),
Şahbaz
bəyin
Parisdə
dünyəvi
təhsil
almağa
can
atmasından
(“
Hekayəti
-
müsyö
Jordan
həkimi
-
nəbatat
və
Dərviş
Məstəli
şah
caduküni
-
məşhur
”),
millətin
irəlidə
gedənləri
hesab
olunan
xaçmazlı
Şeyx
Salahın
,
Ağa
Zaman
həkimin
,
Molla
Salmanın
,
tacir
Məşədi
Cabbarın
,
mülkədar
Səfər
bəyin
konkret
olaraq
1832-
ci
ildə
Nuxalı
zərgər
Hacı
Kərimin
evinə
toplaşıb
“
Tiflisə
gedib
,
rüsxət
alıb
(!-
E
.),
Xaçmazın
dağlarında
çadır
qurmuş
”
Molla
İbrahimxəlilin
kimyanın
gücü
ilə
bir
batman
misdən
xalis
gümüş
əldə
etməsini
müzakirə
edən
və
pul
toplayıb
ucuz
gümüş
ardınca
kimyagərin
hüzurunda
varid
olan
bu
“
möhtərəm
”
şəxslərin
avamlığından
və
nadanlığından
(“
Molla
İbrahimxəlil
hər
kəs
sikkəli
pul
gətirirdisə
,
iki
çəkisi
bərabəri
sikkəsiz
xalis
gümüşə
”
sahib
olur
!)
və
s
.
gedirdi
,
artıq
Hacı
Qara
da
,
Dərviş
Məstəli
şah
da
,
aferist
kimyagər
də
,
Şəhrəbanu
xanım
da
klassik
Azərbaycan
ədəbiyyatının
ən
gözəl
obrazlarından
olan
Məcnun
,
yaxud
da
Leyli
kimi
Ərəbistandan
gəlməmişdilər
,
onlar
Azərbaycan
xalqının
tipik
nümayəndələri
idi
və
elə
buna
görə
də
Mirzə
Fətəli
komediyaları
bütövlükdə
Azərbaycan
xalqını
ifadə
edirdi
.
Mehdi
Məmmədov
yazırdı
ki
,
Mirzə
Fətəlinin
“
dramaturgiyası
və
teatrı
yalnız
gülmürdü
və
güldürmürdü
,
haray
qaldırır
,
fəaliyyətə
çağırırdı
” (“
Onun
mütəfəkkir
və
sənətkar
dünyası
”, “
Ədəbiyyat
və
incəsənət
”
qəzeti
, 15
oktyabr
1982).
Bu
“
haray
qaldıran
”, “
fəaliyyətə
çağıran
” “
İran
millətçisi
”
yox
,
Azərbaycan
mütəfəkkiri
idi
,
o
azərbaycanlı
Molla
İbrahimxəlilləri
,
Dərviş
Məstəli
şahları
ən
kəsgin
sarkazm
(
və
ürək
ağrısı
!),
ən
sadə
Azərbaycan
dili
ilə
Azərbaycan
xalqının
özünə
göstərirdi
və
belə
bir
bədii
cəsarətin
arxasında
həmin
xalqı
,
artıq
neçənci
dəfə
dediyim
kimi
,
Şərqin
orta
əsrlər
mürgüsündən
ayıltmaq
ehtirası
dururdu
.
Düzdür
,
M
.
F
.
Axundovun
bədii
nəsrində
– “
Aldanmış
kəvakib
”
də
öz
-
özlüyündə
çox
maraqlı
mövzu
və
məzmun
başqadır
və
o
,
Azərbaycan
ədəbiyyatında
daha
artıq
dərəcədə
mühüm
janr
hadisəsi
idi
.
Füzulinin
“
Şikayətnamə
”
sindən
üzü
bu
tərəfə
ədəbiyyatımızın
ayrı
-
ayrı
nəsr
nümunələrinə
təsadüf
edirik
,
ancaq
hekayəni
bir
janr
kimi
Azərbaycan
ədəbiyyatının
faktı
edən
“
Aldanmış
kəvakib
”
oldu
və
bu
əsər
bədii
nəsr
dilimizin
gələcək
inkişafında
müstəsna
rol
oynadı
.
Axundovun
biləvasitə
təmasda
olduğu
şəxsləri
,
kolleqalarını
xatırlayaq
:
rus
ədibləri
Aleksandr
Bestujev
-
Marlinski
,
Yakov
Polonski
,
Polşa
şairi
Tadeuş
Zablotski
,
gürcü
ədibləri
Qriqol
Orbeliani
,
Georgi
Eristavi
,
Georgi
Sereteli
və
b
.;
Mixail
Lermontovun
həyat
və
yaradıcılığının
ən
sanballı
tədqiqatçılarından
biri
,
bəlkə
də
birincisi
olan
İrakli
Andronikov
onun
,
yəni
Lermontovun
Mirzə
Fətəli
ilə
biləvasitə
təmasda
olduğunu
yazır
və
bizim
tədqiqatçılar
da
bu
faktı
təsdiq
edir
(
Bu
barədə
ətraflı
bax
:
M
.
A
.
Bağırov
.
M
.
Y
.
Lermontov
.
Bakı
, “
Azərnəşr
”, 1964,
səh
. 35-36) –
belə
bir
əhatə
ilə
təmasda
olan
,
belə
bir
ünsiyyətdən
faydalanan
İran
ədəbiyyatı
idi
,
yoxsa
Azərbaycan
ədəbiyyatı
?;
belə
bir
ünsiyyətdə
tərəf
müqabillərini
məlumatlandıran
və
maraqlandıran
“
İran
millətçisi
”
idi
,
yoxsa
ki
,
nuxalı
zərgər
Hacı
Kərimi
,
xaçmazlı
Şeyx
Salahı
,
qarabağlı
,
Təklə
-
Muğanlı
obasının
bəyi
Hatəmxan
ağanı
,
Oğuzun
Gəldəkli
kəndindən
Molla
İbrahimxəlili
,
onun
şagirdi
Samuxlu
Molla
Həmidi
,
lənkəranlı
Mirzə
Həbibi
,
ağcabədili
Hacı
Qaranı
,
yaxud
Heydər
bəyi
,
Əsgər
bəyi
,
təbrizli
Səkinə
xanımı
və
Əziz
bəyi
–
belə
bir
coğrafiya
sakinlərini
səhnəyə
çıxaran
,
personajlarının
dili
ilə
xalqın
problemlərini
qaldıran
Azərbaycan
ədibi
?
Aydın
məsələdir
ki
,
bu
tipli
sualların
sayını
xeyli
dərəcədə
artırmaq
olar
və
bu
sualların
pozitiv
cavabını
Mirzə
Fətəli
Axundov
yaradıcılığı
və
hadisəsi
timsalında
XIX
əsr
Azərbaycan
ədəbiyyatı
verir
.
Mən
yuxarıda
bizim
ədəbiyyatşünaslıqdan
danışdım
və
burası
da
mühüm
,
eyni
zamanda
,
mövzumuzla
bağlı
əlamətdar
bir
faktdır
ki
,
Azərbaycan
ədəbiyyatşünaslığının
formalaşmasında
və
inkişafında
XIX
əsr
ədəbiyyatının
müstəsna
rolu
var
.
Söhbət
bir
kompleks
şəklində
ədəbiyyatdan
gedirsə
,
bu
mühüm
cəhətdən
sərf
-
nəzər
etmək
olmaz
və
mən
elə
yalnız
öz
kitabxanamda
olan
əsərlərin
adlarını
çəkmək
istəyirəm
:
Mirzə
Feyzulla
Qasımzadənin
“
XIX
əsr
Azərbaycan
ədəbiyyatı
”,
Məmməd
Cəfər
Cəfərovun
“
M
.
F
.
Axundovun
ədəbi
-
tənqidi
görüşləri
”,
Heydər
Hüseynovun
“
XIX
əsr
Azərbaycan
ictimai
-
fəlsəfi
fikir
tarixindən
”,
Əliəjdər
Seyidzadənin
“
Mirzə
Şəfi
Vazeh
”,
Mikayıl
Rəfilinin
“
M
.
F
.
Axundov
”, “
Mirzə
Şəfi
dünya
ədəbiyyatında
”,
Cəfər
Cəfərovun
“
M
.
F
.
Axundovun
dramaturgiyası
”,
Əziz
Mirəhmədovun
“
XIX
əsr
Azərbaycan
ədəbiyyatında
satiranın
inkişaf
məsələsinə
dair
”,
Həmid
Məmmədzadənin
“
Mirzə
Fətəli
Axundov
və
Şərq
”,
Hidayət
Əfəndiyevin
“
M
.
F
.
Axundovun
nəsri
”,
Kamran
Məmmədovun
“
XIX
əsr
Azərbaycan
şeirində
satira
”, “
Q
.
B
.
Zakir
”,
Nadir
Məmmədovun
“
M
.
F
.
Axundovun
realizmi
”,
Kamil
Mirbağırovun
“
Seyid
Əzim
Şirvani
”,
Bəylər
Məmmədovun
“
Xurşidbanu
Natəvan
”...
XIX
əsrdə
yazıb
-
yaratmış
Nəcəf
bəy
Vəzirov
,
İsmayıl
bəy
Qutqaşınlı
,
Abbasqulu
Ağa
Bakıxanov
,
hətta
XIX
əsr
ədəbiyyatının
simasını
müəyyənləşdirməyən
,
ancaq
öz
-
özlüyündə
istedadlı
qələm
sahibləri
olan
Mir
Mövsüm
Nəvvab
,
Mirzə
Ələsgər
Növrəs
,
Heyran
xanım
Dünbili
,
Baba
bəy
Şakir
,
Mirzə
Baxış
Nadim
,
Fazil
xan
Şeyda
,
Mirzə
Məmməd
Bağır
Ağa
Xalxali
,
Seyid
Əbülqasım
Nəbati
və
bir
çox
digər
ədiblər
haqqında
elmi
monoqrafiyalar
,
yüzlərlə
elmi
məqalələr
nəşr
və
dərc
olunub
,
ədəbiyyatşünaslığımızda
ayrıca
“
Axundovşünaslıq
”
qolu
yaranıb
.
Əlbəttə
,
bu
böyük
elmi
təsərrüfatın
hamısı
eyni
səviyyədə
deyil
,
ancaq
adlarını
çəkdiyim
ədəbiyyatşünaslar
,
eləcə
də
Həmid
Araslı
,
Məmməd
Arif
,
Mehdi
Hüseyn
,
Əmin
Abid
,
Əli
Nazim
,
Hənəfi
Zeynallı
,
Məsud
Əlioğlu
,
Yaşar
Qarayev
,
Sadıq
Hüseynov
və
b
.,
elə
bil
ki
,
XIX
əsr
Azərbaycan
ədəbiyyatı
haqqında
nəhəng
(
və
bütöv
!)
bir
monoqrafiya
yaratmışlar
.
Bu
nəhəng
monoqrafiya
nəinki
milli
ədəbiyyatşünaslığımızın
,
ümumiyyətlə
,
ictimai
fikrimizin
sütunlarından
biridir
.
Artıq
XX
əsrin
əvvəllərində
Azərbaycan
ədəbiyyatı
Abbas
Səhhətin
dili
ilə
:
Birimiz
mərsiyəgulluqda
böyük
şair
idi
,
Birimiz
sağərə
mail
,
birimiz
cananə
!
–
deyə
,
yaxud
:
Yoxdur
daha
fikrimdə
mənim
qönçə
dodaqlar
dərdi
...
–
deyə
elə
bil
ki
,
özündən
əvvəlki
mərhələ
ilə
,
yəni
orta
əsrlər
poeziyası
– “
Divan
ədəbiyyatı
”
yla
vidalaşırdı
və
Mirzə
Ələkbər
Sabirə
müraciətlə
: “
O
pərişan
yuxudan
sən
bizi
bidar
etdin
”
deyirdi
.
Sabiri
isə
,
Cəlil
Məmmədquluzadə
ilə
,
XX
əsr
Azərbaycan
ictimai
fikrinin
Əli
bəy
Hüseynzadə
,
Əhməd
bəy
Ağayev
,
Məmməd
Əmin
Rəsulzadə
,
Ömər
Faiq
Nemanzadə
və
b
.
kimi
böyük
nümayəndələrini
də
XIX
əsr
Azərbaycan
ədəbiyyatı
və
XIX
əsrin
ədəbi
-
ictimai
aurası
yetişdirdi
.
... 1907-
ci
ildə
Həsən
bəy
Zərdabi
vəfat
etdi
və
dəfn
mərasimində
Əhməd
bəy
Ağayev
onun
ruhuna
müraciətlə
son
dərəcə
emossional
məşhur
çıxışında
deyirdi
ki
,
o
dünyada
babalarımızın
yaxasından
yapışıb
soruş
:
bu
nə
vətəndir
,
bizə
qoyub
getmisiz
?!
Ancaq
elə
Həsən
bəyin
dəfn
mərasimin
özü
göstərdi
ki
,
cəhalət
və
nadanlıq
baxımından
vətən
daha
əvvəlki
vətən
deyil
,
artıq
bu
vətənin
Mirzə
Cəlil
kimi
,
Mirzə
Ələkbər
Sabir
,
Üzeyir
bəy
,
Nəriman
Nərimanov
,
Əli
bəy
Hüseynzadə
,
Məmməd
Əmin
Rəsulzadə
,
Əhməd
bəy
Ağayev
,
Əlimərdan
bəy
Topçubaşov
,
Məhəmməd
Hadi
,
Hüseyn
Ərəblinski
,
Abbas
Səhhət
,
Ömər
Faiq
Nemanzadə
,
Əbdürrəhim
bəy
Haqverdiyev
və
b
.
kimi
sənətkar
-
vətəndaşları
və
siyasi
-
ictimai
xadimləri
,
milli
burjuaziyanın
Hacı
Zeynalabdin
Tağıyev
,
Murtuza
Muxtarov
,
Musa
Nağıyev
,
Şəmsi
Əsədullayev
və
b
.
kimi
nümayəndələri
var
idi
,
bu
vətəndə
“
Molla
Nəsrəddin
”
ədəbi
məktəbi
yaranmışdı
,
onlarla
qəzet
və
jurnal
nəşr
olunurdu
...
Artıq
Abbas
Səhhət
bir
vətəndaş
sevinci
ilə
deyirdi
:
Yaşa
,
ey
nameyi
-”
İrşad
”,
yaşa
!
Ey
edən
milləti
dilşad
,
yaşa
!
Ey
“
Füyüzat
”
feyzin
cari
,
Səndə
var
çünki
“
Həyat
”
asari
.
Yaşa
,
ey
“
Rəhbəri
-
əbnayi
”
vətən
,
Qıl
“
Dəbistan
”
ilə
ehyayi
-
vətən
!
Çox
yaşa
,
çox
yaşa
ey
“
Molla
əmu
”!..
Füzulinin
ən
gözəl
klassik
qəzəllərindən
birinin
lirik
qəhrəmanı
:
Edəmən
tərk
,
Füzuli
,
səri
-
kuyin
yarın
,
Vətənimdir
,
vətənimdir
,
vətənimdir
,
vətənim
!
–
deyərkən
,
onun
içində
o
qədər
coşğun
bir
məhəbbət
var
idi
ki
,
yarın
yaşadığı
məhəlləni
özünün
vətəni
hesab
edirdi
və
bu
,
əslində
,
böyük
bəşəri
məhəbbətin
konkret
ünvanı
olmayan
bəşəri
vətəni
idi
.
Səhhətin
lirik
qəhrəmanı
isə
artıq
konkret
ünvanlı
vətəndən
danışırdı
:
Millət
,
ey
banisi
-
həyati
-
vətən
!
Oyan
,
ey
milləti
-
əziz
,
oyan
!
Sənə
vabəstətədir
nicati
-
vətən
.
Bu
o
vətəndir
ki
, “
əcdadımızın
mədfənidir
,
övladımızın
məskənidir
”.
Aydın
məsələdir
ki
,
söhbət
Füzuli
ilə
Səhhətin
müqayisəsindən
getmir
(
bu
gülünc
olardı
!),
söhbət
konkret
ünvanlı
vətəndaş
qayələrinin
Azərbaycan
ədəbiyyatına
gəlməsindən
,
Azərbaycan
poeziyasında
Mirzə
Ələkbər
Sabir
hadisəsinin
yaranmasından
və
həmin
vətəndaşlıq
qayələrinin
sürətlə
poeziyamızın
aparıcı
istiqamətinə
çevrilməsindən
gedir
.
Bu
vətəndaşlığı
da
,
poeziyamızın
vətəndaş
lirik
qəhrəmanlarını
da
XIX
əsr
Azərbaycan
ədəbiyyatı
və
ictimai
fikri
yetişdirdi
.
Yaşar
Qarayev
Məhəmməd
Hadini
“
Azərbaycan
poeziyasında
yeni
romantizmin
böyük
nümayəndəsi
”
adlandırırdı
(
Məhəmməd
Hadi
.
Seçilmiş
əsərləri
,
Bakı
, “
Şərq
-
Qərb
”, 2005,
səh
. 7.)
və
bu
yeni
(!!)
romantizm
XX
əsrin
əvvəllərində
məşhur
misralarını
yazırdı
:
İmzasını
qoymuş
miləl
övraqi
-
həyatə
,
Yox
millətimin
xətti
bu
imzalar
içində
...
Bu
“
yeni
romantizmi
”
XIX
əsr
Azərbaycan
ədəbiyyatı
yetişdirmişdi
.
Həsən
bəy
Zərdabinin
o
dəfn
mərasimi
ilə
,
elə
bil
ki
,
XIX
əsr
ədəbiyyatını
və
ictimai
fikrini
ehtiva
edən
zəngin
mündərəcatlı
böyük
bir
epoxa
öz
missiyasını
yerinə
yetirərək
estafeti
artıq
formalaşdırdığı
yeni
bir
mərhələyə
ötürürdü
.
21
sentyabr
2013.
Bakı
.
Bizi Facebookda izləyin
Müəllifin digər yazıları
Vəli Axundov: Ağayanalığın və sadəliyin timsalı - Vəli Axundov-110
14.05.26
Dolğun tədqiqat əsəri - Xalq yazıçısı Elçin yazır
13.06.25
Heç vaxt yağmayacaq buludlar - Bir qəribə adam haqqında hekayə
17.03.25
Məryəmin gözəl devləri - Xalq yazıçısı Elçin yazır
18.02.25
Qələm və maskalar - Qoldoni haqqında bir neçə söz
27.12.24
Qarğaların xoru - Xalq yazıçısı Elçin yazır
16.12.24
Qeybdən uzanan əl - Qara qoyunun aqibəti haqqında hekayə
30.09.24
Mir Cəfər Bağırov kim idi? - Xalq yazıçısı Elçin yazır
20.05.24
Mir Cəfər Bağırov kim idi? - Xalq yazıçısı Elçin yazır
13.05.24
Mir Cəfər Bağırov kim idi? - Xalq yazıçısı Elçin yazır
06.05.24
Mir Cəfər Bağırov kim idi? - Xalq yazıçısı Elçin yazır
29.04.24
Mir Cəfər Bağırov kim idi? - Xalq yazıçısı Elçin yazır
22.04.24
Mir Cəfər Bağırov kim idi? - Xalq yazıçısı Elçin yazır
06.04.24
"Sözlərə "azadlıq" öyrədə bildik..." - Xalq yazıçısı Elçin yazır
25.12.23
İntiqamın iki missiyası - Xalq yazıçısı Elçin yazır
07.08.23
Əsas səhifə
Bütün xəbərlər
Siyasət
Sosial
İqtisadiyyat
Kriminal
Mədəniyyət
İdman
Şou-biznes
Ədəbiyyat
Çap versiyası
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.