Bayram günlərində, yəni son 6 qeyri-iş günündə Azərbaycanda baş vermiş yol qəzalarında 28 nəfər həlak olub. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, dekabrın 31-i, yanvarın 1-5-i tarixlərində respublika yollarında ümumilikdə 80 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 28 nəfər həlak olub. Daha 126 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Təkcə son sutka ərzində ölkə yollarında baş vermiş 15 qəzada 6 nəfər ölüb, 20 nəfər isə yaralanıb. Lənkəranda baş vermiş ağır qəzada bir ailənin 3 üzvü dünyasını dəyişib.