Azərbaycan Prezidenti İlham Əliyev Ramiz Əskərovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında səmərəli elmi və ədəbi-publisistik fəaliyyətinə görə Ramiz Baxşəli oğlu Əskərov "Şöhrət" ordeni ilə təltif edilsin.