Ermənistanla sərhəddə yerləşən məktəblərdə mina təhlükəsizliyi ilə bağlı kurs keçiriləcək.
Bu barədə Təhsil naziri Emin Əmrullayevin 2020-2021-ci tədris ili üçün əsas tədris planlarına dair əmrində bildirilib.
Qeyd edilib ki, Füzuli, Beyləqan, Ağcabədi, Ağdam, Tərtər, Goranboy, Xocavənd, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Qazax, Ağstafa, Kəlbəcər, Laçın, Cəbrayıl, Şuşa, Qubadlı, Xocalı, Zəngilan rayonlarının bütün ümumtəhsil məktəblərinin, habelə Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhəddə yerləşmiş ümumi təhsil müəssisələrinin VI siniflərində dərsdənkənar məşğələlərə ayrılmış vaxt hesabına həftədə 1 saat olmaqla ikinci yarımildə “Mina təhlükəsinə dair maarifləndirmə” adlı kurs tədris olunacaq.