https://525.az/img/pics/medium/2024-05/312451_lxkxbkfcbb.jpeg Kouç təlimləri insana nə qazandırır?
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg COP29-un Bakıda təşkili - Azərbaycanın növbəti böyük uğuru
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg "Cəhənnəmdən keçmiş mələk": Bircənin fərqliliyi - Elxan Yurdoğlu yazır
https://525.az/img/pics/medium/2023-12/296476_nohm4rbib1.jpg Ölülərin o dünyada görüşü - Akif Rəfiyev yazır
search
3 May 2024

Nejat İşlər reanimasiyadadır

Nejat İşlər reanimasiyadadır

Türkiyənin tanınmış aktyoru Nejat İşlər səhhətində yaranmış nasazlıq səbəbindən xəstəxanaya çatdırılıb.

Uzun müddətdir ki, qara ciyər serrozundan əziyyət çəkən İşlərin müalicəsi hazırda xəstəxananın reanimasiya şöbəsində davam edir. Xəstənin vəziyyəti barədə mətbuata açıqlama verən həkimi Aydın Aksoy, aktyorda ağ ciyər infeksiyası və nəfəs çatışmazlığına bağlı olaraq septik şok əmələ gəldiyini bildirib. Septik şok vəziyyətinin ağ ciyər, qara ciyər, böyrəklər, ürək və qan hüceyrələrinə təsir ediyini deyən həkim bildirib ki, Nejat İşlərin həyatı üçün təhlükəli vəziyyət davam edir. Hazırda aktyorun reanimasiya şöbəsində nəfəs cihazına bağlı yaşadığını deyən Aksoy bildirib ki, xəstə qastroenteroloq, kardioloq və s. həkimlərin nəzarəti altındadır.

Xatırladaq ki, bir çox film və serialda çəkilmiş aktyoru Azərbaycan tamaşaçısı əsasən “Aliyə” serialındakı həkim Deniz Erbil obrazı ilə tanıyıb.

anspress

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.