Bakı İstintaq Təcridxanasında bir gündə iki məhbus özünü asıb.
Sabunçu rayon Polis İdarəsindən Lent..az-a verilən məlumata görə, yanvarın 25-də təcridxanada saxlanılan məhbus, 1991-ci il təvəllüdlü Nicat İbrahimov özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. N.İbrahimovun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, N.İbrahimov Salyan rayon sakinidir. O, Cinayəıt Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs olunub. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Eyni gündə təcridxananın 4-cü korpusunda saxlanılan məhbus Cəbrayılov Natiq Şamxal oğlu özünü mələfə ilə asıb. N.Cəbrayılovun intihar etdiyini görən kamera yoldaşı mələfəni cıraraq onun həyatını xilas edib.
Məhbusun vəziyyətinin orta-ağır olduğu bildirilir.