|
|
|
|
Bakıda baş verən partlayışda bir nəfər xəsarət alıb.
Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsindən APA-ya verilən məlumata görə, partlayış “Azadlıq prospekti” metro stansiyasının yaxınlığında tikintisi başa çatmamış binada yerləşən kafedə qeydə alınıb. Partlayış nəticəsində bir nəfər xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, hadisəyə qaz sızması səbəb olub. Partlayış nəticəsində ölən və yaralananların olub-olmadığı hələlik məlum deyil.
Fotolar Rəşad Abbasovundur