“Hazırda ölkədə vaksinasiya strategiyası hazırdır”.
525.az APA-ya istinadən xəbər verir ki, bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.
O bildirib ki, yaxın günlərdə hökumət tərəfindən bu strategiya təsdiqlənərək açıqlanacaq:
“İlk dövrlərdə vaksinlər pulsuz həyata keçiriləcək”.