|
|
|
|
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarının icrasına nəzarət edilir.
525.az-ın məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluqda keçirilən əməliyyat müşavirəsində bildirib.
O qeyd edib ki, ötən il ərzində prokurorluq orqanları koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində də üzərlərinə düşən vəzifələri səylə yerinə yetirərək, karantin, sanitar-gigiyena rejim qaydalarının pozulmasına qarşı kəsərli profilaktiki, cinayət-hüquqi və inzibati təsir tədbirləri həyata keçirərək, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarının icrasına nəzarət ediblər.