Bu gün Bakının mərkəzi prospektlərindən olan Heydər Əliyev prospektində yol qəzası baş verib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, Heydər Əliyev prospektində əsas yolda (23-cü polis bölməsinin qarşısı) baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində hər iki istiqamətində tıxac müşahidə olunur.
Sürücülərə kənar yollardan istifadə etmələri tövsiyə olunur.