|
|
|
|
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən səsləndirdiyi fikirlər İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələri, o cümlədən “İnside Over”, “KmetroO”, “Scenari İnternazionali”, “Notizie Geopolitiche”, “Giornale Diplomatico”, “Agenzia Nova” və sair kimi mətbuat orqanları tərəfindən işıqlandırılıb.
525.az xəbər verir ki, məlumatlarda Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə italyan xalqının Azərbaycanla həmrəy olduğu, İtaliya mediasının bu məsələyə obyektiv yanaşdığı, İtaliya və Azərbaycan arasında münasibətlərin uğurla inkişaf etdiyi, ötən il İtaliyaya dövlət səfərinin bunu bir daha göstərdiyi, İtaliya və Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənəd imzaladıqları və reallığın da iki ölkənin strateji tərəfdaş olduqlarını göstərdiyi ilə bağlı fikirlərinə yer verilib.
Habelə məlumatlarda Prezident İlham Əliyevə istinadən Bakıda İtaliya-Azərbaycan Universitetinin təsis edilməsi istiqamətində işlərin aparıldığı, bu universitetin iki ölkə arasında sıx dostluq əlaqələrinin güclənməsinə kömək edəcəyi də qeyd olunub.
Eyni zamanda, Prezident İlham Əliyevin “Maire Tecnimont Group” şirkətinin Azərbaycanda fəaliyyəti barədə fikirlərinə də yer verilib, bu şirkətin Azərbaycanda dəyəri 1,6 milyard avrodan çox olan layihələrə cəlb olunduğu, Sumqayıtda inşa etdiyi zavodun açılış mərasimində İtaliya Prezidenti Sercio Mattarellanın da iştirak etdiyi və bu şirkətin fəaliyyətinin ölkəmizdə uzunmüddətli strategiyasının göstəricisi olduğu bildirilib.
Habelə SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun Modernizasiya və yenidənqurma Layihəsi çərçivəsində Maire Tecnimont S.p.A. qrupunun törəmələri olan Tecnimont S.p.A. və KT-Kinetics Technology S.p.A. şirkətləri ilə iki Mühəndislik, Təchizat və Tikinti (EPC) sazişləri imzalaması da İtaliyanın kütləvi informasiya vasitələrinin geniş diqqət mərkəzində olub. Bununla bağlı “Il Sole 24 Ore”, “Adnkronos”, “Repubblica”, “Corriere della Sera”, “Il Messaggero”, “Milano Finanza”, “Affari Italiani”, “Sol di Online”, “Finanza Online”, “Borsa Italiana”, “Borse”, “Finanza” və sair kimi çoxsaylı mətbuat orqanları tərəfindən geniş məlumatlar dərc olunub.
Məlumatlarla aşağıdakı keçidlərdən tanış olmaq mümkündür:
https://it.insideover.com/economia/azerbaigian-dove-si-parla-italiano.html
https://kmetro0.it/2021/02/03/italia-azerbaigian-aliyev-maire-tecnimont-coinvolta-in-progetti-per-piu-di-16-miliardi-di-euro/
https://www.scenari-internazionali.com/azerbaigian-maire-tecnimont-firma-due-nuovi-contratti-volume-progetti-sale-ad-oltre-e-16-mld/
https://www.notiziegeopolitiche.net/azerbaijan-aliyev-maire-tecnimont-coinvolta-in-progetti-per-piu-di-16-miliardi-di-euro/
https://www.giornalediplomatico.it/azerbaigian-maire-tecnimont-coinvolta-in-progetti-per-oltre-16-miliardi-euro.htm
https://www.agenzianova.com/a/601d08d9597c27.03207115/3299929/2021-02-03/azerbaigian-presidente-aliyev-a-confronto-in-videoconferenza-con-delegazione-maire-tecnimont
https://www.agenzianova.com/a/601d08f2892c30.19390656/3299930/2021-02-03/azerbaigian-presidente-aliyev-a-confronto-in-videoconferenza-con-delegazione-maire-tecnimont-2
https://www.agenzianova.com/a/601d08f587ce23.67476314/3299931/2021-02-03/azerbaigian-presidente-aliyev-a-confronto-in-videoconferenza-con-delegazione-maire-tecnimont-3
https://www.agenzianova.com/a/601d08fd0b9c21.36010337/3299932/2021-02-03/azerbaigian-presidente-aliyev-a-confronto-in-videoconferenza-con-delegazione-maire-tecnimont-4
https://www.agenzianova.com/a/601d09045572c2.09141502/3299933/2021-02-03/azerbaigian-presidente-aliyev-a-confronto-in-videoconferenza-con-delegazione-maire-tecnimont-5
https://www.adnkronos.com/maire-tecnimont-firma-2-contratti-epc-con-socar-da-160-mln-di-dollari_1IhhEPAv65B971rNJ4iTiP
https://www.ilsole24ore.com/radiocor/nRC_03.02.2021_10.07_25310253
https://finanza.repubblica.it/News/2021/02/03/maire_tecnimont_due_nuovi_contratti_in_azerbaijan_per_160_milioni_di_dollari-55/
https://borsa.corriere.it/comunicati/dettaglio?pnac=nRC_03.02.2021_10.07_25310253
https://www.ilmessaggero.it/economia/news/maire_tecnimont_due_nuovi_contratti_in_azerbaijan_per_160_milioni_di_dollari-5742690.html
https://www.milanofinanza.it/news/a-maire-tecnimont-due-commesse-in-azerbaijan-da-130-milioni-di-dollari-202102031134122353
https://www.affaritaliani.it/economia/maire-tecnimont-socar-accordo-per-nuove-unita-di-raffinazione-da-usd-160mio-720547.html
https://www.soldionline.it/notizie/azioni-italia/maire-tecnimont-contratti-azerbaijan
https://www.finanzaonline.com/notizie/maire-tecnimont-firmati-due-contratti-epc-con-l-azerbaijan
https://www.borsaitaliana.it/borsa/notizie/teleborsa/finanza/maire-tecnimont-due-nuovi-contratti-in-azerbaijan-per-160-milioni-di-dollari-55_2021-02-03_TLB.html
https://www.borse.it/articolo/ultime-notizie/Maire-Tecnimont-firmati-due-contratti-EPC-con-l-Azerbaijan__528957
https://www.finanza.com/Finanza/Notizie_Italia/Italia/notizia/Maire_Tecnimont_firmati_due_contratti_EPC_con_l__Azerbaijan-528957