Maddi-texniki bazası və kadr potensialı qənaətbəxş olan Sumqayıt Dövlət Universitetinin maddi-texniki və tədris-laborator bazasının gücləndirilməsi ilə bağlı Təhsil Nazirliyi tərəfindən müvafiq tədbirlər görülür. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Eyni zamanda Sumqayıt Dövlət Universitetinin ixtisaslarının sayı artırılır və bununla da Sumqayıtda yaşayan gənclərin rahatlıqla öz şəhərlərində ali təhsil almasına şəraitin yaradılması nəzərdə tutulur.
Hazırda SDU-nun rektoru vəzifəsinin icrasını Elxan Hüseynov həyata keçirir.