Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus BMT-nin Cenevrə Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Azərbaycan daimi nümayəndəliyinin təşkilatçılığı ilə baş tutan Qoşulmama Hərəkatına üzv dövlətlərin səfirləri ilə videoformatda keçirilən müzakirələrə qatılıb.
525.az-ın məlumatına görə, T.Qebreyesus bu barədə “Twitter” hesabında paylaşma edib.
O, Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycana koronavirusla bağlı BMT-nin xüsusi sessiyasının keçirilməsi və BMT-nin İnsan Haqları Şurasında peyvəndlərlə bağlı qətnamənin irəli sürülməsinə görə təşəkkür edib.