Mən itki ilə, məğlubiyyətlə güclənmiş, çadırlarda torpaq həsrəti ilə böyüyən, evindən ayaqyalın çıxıb tank belində geri dönən, gözlərindəki niskili əzmə çevirib 44 günlük Zəfər tarixi yazan bir gənclik adından ruhuna təbrik söyləmək istəyirəm, Baba!
Bu dəfə gözümdən axan yaş təkcə yoxluğuna deyil! Bu dəfə həm də qürurdan kövrəyəm!
Ən böyük vəsiyyətinin addım-addım yerinə yetirilməsinə fərəhliyəm, sevincliyəm, xoşbəxtəm!
Generalı səngərdə döyüşən qəhrəman xalqım olduğu üçün xoşbəxtəm!
Ən siravi əsgəri, polkovniki də hüququndan vətən uğrunda eyni anda keçə bildiyi üçün qürurluyam!
Mən qələbə müjdəsi üçün gecikmişəm..
Noyabrın 8-də Şuşanı hədiyyə etdi övladların, 10 noyabrda isə xalq ruhunla birlikdə qələbə yaşadı! Küçələrə axışdı, bayram etdi!
Eyni 1994-cü ilin oktyabrda "Heydər-Xalq, Xalq-Heydər" şüarları ilə birləşən milyonlar kimi..
Birlik olmağa elə ondan bəri alışdıq biz. Yumruq olmağı, dəmirləşməyi iradəndən, əzmindən, vətən sevgindən öyrəndik!
Baba..bəlkə də, bu qələbə üçün canından keçən gənclərin əksəriyyəti ona görə 1990-ların yetirmələridir..
Qucağına yüyürən, baba sevgisi ilə pərəstiş edən, sözünün, nitqinin ən diqqətli dinləyiciləri.. Vəsiyyətini həyat amalına çevirdi o uşaqlar ! Və böyüyüb vətənpərvər gəncliyə çevrildi.
Mən Qarabağı kitablarda oxuyub, şəkillərdə görən bir gənclik adından təbrik söyləmək istəyirəm. Elə təbrik, elə təşəkkür ki, içimdə görmədiyim Qarabağa olan sevgim dil aça.
Mənim əvəzimə duyğularım danışa..
O təbrikə düşməndən azad edilmiş Şuşa, Ağdam qoşula, azadlıq sevincindən danışa..!
Bizsiz günlərindən söz aça..lap kövrələrək!
Mən təbrikimi Suqovuşandan, Xudafərin körpüsündən söyləmək istəyirəm! Bu dəfə qalib əsgər kimi dayanaraq! Bir əlim sinəmdə, bir əlimdə bayraq!
Edəcəyik yox, etdik deyərək! Ruhun qarşısında alnıaçıq dayanaraq!
Bu dəfə təbrik və təşəkkürümü birlikdə etmək istəyirəm!
Azərbaycanı qurub etibarlı əllərə həvalə etdiyiniz üçün!
Xalqı içindən yeyən yağılardan təmizləyib, dövlət qurub, qayda-qanun bərqərar edib, dünyaya Azərbaycan adlı bütöv bir tarixi dövlət təqdim etdiyiniz üçün!
Müdrikliyindən bəhrələnmiş, uzaqgörənliyindən pay götürmüş, qəti fikirli, dəmir yumruqlu adamın-Davamçın- bu xalqı özündən qat-qat güclülərin qorxu səbəbinə çevirdi! "Azərbaycan əsgəri" adlı bir kabus saldı düşmənin canına! Boğaraq öldürən, qayalara qalxaraq vuruşan, yaralı halda düşmənin üzərinə yeriyən, canını dastana dönən vətən sevdası ilə tapşıran bir ordunun Ali baş komandanı Yalnız Heydər adlı dühanın oğlu ola bilərdi! Sənə sığınan xalq davamçınla gücləndi, poladlaşdı!
İndi ən böyük inamımızın, qürrəmizin adı- İlham Heydər oğlu Əliyevdir! Ruhunuz şaddır,əminəm!
98 yaşınız mübarək, Baba!
Qələbə qoxulu, Şuşalı, Xarıbülbüllü, Qarabağlı ad gününüz mübarək!