https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg COP29-un Bakıda təşkili - Azərbaycanın növbəti böyük uğuru
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg "Cəhənnəmdən keçmiş mələk": Bircənin fərqliliyi - Elxan Yurdoğlu yazır
https://525.az/img/pics/medium/2023-12/296476_nohm4rbib1.jpg Ölülərin o dünyada görüşü - Akif Rəfiyev yazır
https://525.az/img/pics/medium/2021-12/210659_3cefjpxi5a.jpg Xilas - Mahir Cavadlı yazır
search
3 May 2024

“Avroviziya-2021”-in qalibləri narkomandır? - Rəsmi cavab

“Avroviziya-2021”-in qalibləri narkomandır? - Rəsmi cavab

Niderland Krallığının Rotterdam şəhərində keçirilən “Avroviziya -2021” mahnı müsabiqəsinin qalibi İtaliya təmsilçisi olub.

Müsabiqə bitən kimi isə bir sıra xarici KİV-də və sosial şəbəkələrdə İtalyan rok qrupunun üzvlərinin narkotik maddə istifadəçisi olmaları ilə bağlı video yayılıb.

525.az APA-ya istinadən məlumatına görə, qrup üzvləri narkotik maddə istifadəçiləri olması ilə bağlı şayiələri rədd ediblər. Qrupun solisti, müğənni David Damiano könüllü olaraq narkotik testindən keçməyə hazır olduğunu bildirib. Testin nəticəsi isə Avropa Yayım Birliyinin rəsmi açıqlamasında veriləcək.

Qeyd edək ki, sözü gedən video “Yaşıl Otaq”dan (qrupun yarışma dövründə yerləşdiyi yer - red.) yayılıb.

Qrup üzvlərinin sözlərinə görə, onlar dünən axşamdan testdən keçməyi istəsələr də bunu dərhal təşkil etmək mümkün olmayıb.

Avropa Yayım Birliyindən isə bildirilib ki, qrup və nümayəndə heyətinin rəhbəri onlara “Yaşıl Otaq”da narkotik olmadığını söyləyiblər:

“Onlar masalarının üstündə şüşələrin qırıldığını izah etdilər”.

Avropa Yayım Birliyindən qeyd olunub ki, hələ də görüntüləri diqqətlə araşdırırlar və əlavə məlumat veriləcək.

 

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.