
525.az-a verilən məlumata görə, tədbiri Ədəbiyyat İnstitutunun direktor müavini Aygün Bağırlı açaraq institut, və “Nizami Gəncəvi ili” ilə bağlı görülmüş işlər haqqında danışıb.
Tədbirdə Nizamişünaslıq şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Nüşabə Araslı və şöbənin əməkdaşları da iştirak ediblər. Nüşabə Araslı Nizami Gəncəvinin gənclərlə bağlı fikirləri, nəsihətamiz əsərləri barəsində şagirdlərə məlumat verib.
İnstitutun direktor müavini, filologiya elmləri doktoru Əlizadə Əsgərli çıxışında bu görüşü şagirdlərin həyatında tarixi gün adlandırıb. AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə institutda bu cür görüşlərin davamlı olaraq baş tutduğunu əlavə edib.
Sonra Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Təhminə Bədəlova “Nizami Gəncəvi və gənclik” mövzusunda məruzə ilə çıxış edib.
Məktəbin şagirdlərindən İsmət Mehdiyev, Fidan Əmirli və Aylin Əlizadə Nizami Gəncəvinin əsərlərindən parçalar söyləyib, eyni zamanda alimlərə onları maraqlandıran suallar ünvanlayıblar. Şagirdlər həmçinin institutun şöbələrində olaraq tanış olublar.



