
Onun adı çəkiləndə ilk yada düşən yumor və ironiyadır. Ancaq sərt bir yumor, ağrılı bir ironiya. Kurt Vonnequt elə bir estetikanın yazıçısıdır ki, hər səhifəni çevirdikcə oxucu romanın bir parçasına çevrilir və bir də görürsən ki, sən də obraza çevrilib hadisələrin mərkəzində dayanmısan. Onun romanlarından nələrisə əxz eləmək, ona hansı rakursdan yanaşmaq, hansı yozumları vermək oxucunun mütaliəsindən, dünyagörüşündən, ədəbiyyata baxışından asılıdır.
bir mənası olsun.



