
Baş Prokurorluğun mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, tədbirlərin davamı kimi, mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən vətəndaşları maraqlandıran müxtəlif məsələlərlə bağlı maarifləndirici foto və videoçarxlar hazırlanaraq ictimaiyyətə təqdim olunur.
Hazırda təqdim olunan izahedici fotoda “Fake news”, yəni, saxta (yalan) xəbərin anlayışı və komponentləri barədə vətəndaşlarımıza izah verilib.



