Bakı şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğu qəzet baş redaktorunun ölümü ilə bağlı birgə məlumat yayıb.
Bakı Şəhər Prokurorluğundan APA-ya verilən məlumatda bildirilir ki, aprelin 26-da saat 08:00 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsində Mehdiyev Natiq Qeyis oğluna məxsus evdə baş vermiş yanğın nəticəsində 1989-cu il təvəllüdlü Soltanov Sadiq Arazxan oğlunun ölməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-texniki təhlükəsizlik, məhkəmə-tibbi ekspertlərinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə hadisə yeri müayinə olunub, zəruri materiallar götürülüb və mərhumun meyiti Səhiyyə Nazirliyinin “MTE və PA” Birliyinin Suraxanı rayon şöbəsinə göndərilib.