Bu gün İmişli rayonunda dəhşətli yol qəzası baş verib.
Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Hacımuradlı kəndi ərazisində “Mercedes 190” markalı minik avtomobili aşıb. Yüksək sürətlə hərəkət edən minik avtomobilininaşması nəticəsində sürücü 1981-ci il təvəllüdlü Məstəliyev Yalçın İsrafil oğlu və sərnişinləri Əhmədov Muxtar Naizm oğlu və Əvəz Zeynalov hadisə yerində keçinib.
Qeyd edəık ki, bu gün qəzaya düşən sürücü Y.Məstəliyevin toyu keçiriləcəkmiş.