Vergilər Nazirliyi “Çağ-Araz” MMC ilə bağlı məsələyə aydınlıq gətirib.
Nazirlikdən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2013-cü ilin oktyabr-noyabr aylarında “Çağ-Araz” MMC-də növbəti səyyar vergi yoxlaması həyata keçirilib, yoxlamanın nəticələri aktlaşdırılaraq vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar çıxarılıb: “Məhkəmə mübahisəsinin predmeti şirkətin ali məktəblərə hazırlıq kurslarının təşkilindən əldə etdiyi gəlirlərindən vergilərin hesablanması ilə bağlıdır. Vergi ödəyicilərinin razı olmadığı hallarda vergi orqanlarının qərarından məhkəməyə şikayət vermək hüququ var və hazırda bu məsələ ilə bağlı hüquqi müstəvidə mübahisələndirmə prosesi davam edir”.
Qeyd edək ki, “Çağ-Araz” MMC Vergilər Nazirliyini məhkəməyə verib. Lent.az-ın 1 saylı Bakı İnzibati-İqtisad məhkəməsinə istinadən verdiyi məlumata görə, buna səbəb nazirliyin şirkət haqqında çıxardığı qərardır. MMC nazirlikdən vergi qərarının ləğv edilməsini tələb edir. Bununla bağlı ilk iclas aprelin 2-də keçirilib.