
Bu ilin mart ayında yay fəslinin yaxınlaşması ilə əlaqədar torpaq bazarında aktivlik və qiymətdə artım müşahidə olunub.
Bakının torpaq və mənzil bazarını araşdıran “MBA Consulting Group” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, paytaxtın torpaq sahələrinin satış müddəti (ekspozisiyası) ötən aya nisbətən 0,63% azalıb. Mart ayı ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 6,07% artaraq 17 884 dollar/sot səviyyəsindən 18 969 dollar/sot səviyyəsində qərarlaşıb.
Bu ilin mart ayında Bakı şəhərinin əksər rayonları üzrə qiymət artımı müşahidə olunmasına baxmayaraq Binəqədi, Nərimanov və Səbail rayonlarında qiymət azalması müşahidə olunub. Qeyd edək ki, əvvəlki fevral ayında da bu rayonlarda qiymət artımı qeydə alınıb. Qiymət azalması isə əsasən mərkəzi rayonlarda qeydə alınıb. Hazırda torpaq bazarında ən aktiv rayonlar Xəzər, Abşeron, Sabunçu, Qaradağ və Suraxanı rayonları, ən passiv rayon isə Nəsimi və Nərimanov rayonlarıdır.
Bu ilin mart ayında torpaq bazarında aktivlik şəhərin III və IV zonalarında artıb. Qiymətlərin və torpağa olan tələbin artması təklif portfelinin həcmində son ayda artması ilə müşahidə olunub. Zonalar üzrə qiymətlər aktivliyə uyğun olaraq müxtəlif templə dəyişib, mövsümi aylarda olduğu kimi, III və IV zonalarda torpaq sahələrində qiymətlərin artımı müşahidə edilib.
|
Zonalar |
fevral 2014, $/sot |
mart 2014, $/sot |
orta qiymət dəyişməsi, % |
|
I zona |
264136 |
263912 |
-0,08 |
|
II zona |
153708 |
139172 |
-9,46 |
|
III zona |
38607 |
44017 |
14,01 |
|
IV zona |
5465 |
6548 |
19,82 |



