
Bu gün saat 10:30 radələrində Bakının Xətai rayonu ərazisində görünməmiş hadisə baş verib.
ANS PRESS-in məlumatına görə, Neftçilər Xəstəxanası yaxınlığında orta yaşlı kişini zəhərli ilan sancıb.
Hadisə küçədə baş verib. Nəticədə kişi ağır yaralanıb. Xəstəni təcili xəstəxanaya yerləşdiriblər. Hazırda ilan sancan kişiyə həkimlər yardım edir.



