|
|
|
|

"Atletiko"nun futbolçusu Arda Turan Madrid klubu Çempionlar Liqasını qazanacağı təqdirdə, "Qalatasaray"ın bayrağını dalğalandırmayacaq.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, türk yarımmüdafiəçi belə hərəkət edəcəyi ilə bağlı açıqlama vermədiyini deyib.
A.Turan bildirib ki, finalda qalib gəlsələr, Türkiyə bayrağını dalğalandıracaq:
"Qalatasaray" böyük hörmətim var. Avropada final oynamış bir klubdur. "Cim-Bom"un başqa komandanın uğuru zamanı bayrağının nümayiş olunmasına ehtiyac yoxdur. Ancaq ÇL-i qazansaq, Türkiyə bayrağı dalğalandıracam".
Qeyd edək ki, "Atletiko" finalda "Rea"la qarşılaşacaq.



