
Gəncə Qənnadı Fabrikində baş verən yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən 525.az-a verilən məlumata görə, Gəncə şəhəri, Nizami rayonunda ümumi sahəsi 2400 kv.m olan fabrikinin dördmərtəbəli inzibati binasının 3-cü mərtəbəsində 50 kv.m sahədə yanğın hadisəsi baş verib.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.



