|
|
|
|

Moldova mətbuatı Prezident İlham Əliyevin İspaniyanın “El Pais” qəzetinə müsahibəsini geniş işıqlandırıb.
Azərbaycanın Moldovadakı Səfirliyindən 525.az-a verilən məlumata görə, Prezident İlham Əliyev müsahibəsində bildirib ki, Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmaq üçün sərhədlərini açmağa hazırdır.
Prezident İlham Əliyev aşağıdakı sualları cavablandırıb:
-Sizcə Ermənistanla, sadəcə, atəşkəs deyil, real sülh sazişi haqqında nə zaman danışmaq olar?
-Siz indi sərhədləri təkrar açmaq istəyirsiniz? Əlbəttə ki, bu sual əvvəlki sualla bağlıdır. Ermənistanla münasibətləri normallaşdırmaq üçün Siz sərhədləri açmağa hazırsınızmı və bunun baş verməsi üçün şərtlər nədir?
-Ermənistanın baş naziri ilə görüşün keçirilməsi Brüsseldə elan olunduqda Avropa İttifaqının bəyanatında deyilirdi ki, niyyət firavan və sabit Cənubi Qafqaz naminə gərginliklərin aradan qaldırılması yollarını tapmaqdır. Əlbəttə ki, mən Ermənistan ərazisindən keçən bu dəmir yolunu və avtomobil yolunu düşündüm. Lakin Brüsseldəki görüşdən nələri gözləyə bilərik?
-Sizcə, burada, Brüsseldə Avropa İttifaqının rəhbərliyi ilə təmas Soçidəki son görüşdən nə ilə fərqlənir? Demək istəyirəm ki, görünür, cənab Putinin rəhbərliyi ilə artıq çox işlər görülüb. Siz Brüsseldəki təmasların fərqi barədə nə deyərdiniz?
-Beynəlxalq Ədalət Məhkəməsinin sonuncu bəyannaməsi Sizin hökumətinizdən, – mən olduğu kimi oxuyuram, – erməni milli və ya etnik mənşəyini hədəfə alan irqi nifrət və diskriminasiyanın təhriki və təbliğinin qarşısını almaq, 2020-ci il münaqişəsi ilə əlaqədar əsir götürülmüş və saxlanılan bütün şəxsləri zorakılıq və bədən xəsarətlərindən qorumaq və onların təhlükəsizliyini və qanun qarşısında bərabərliyini təmin etmək üçün lazımi tədbirlər görməyi xahiş edib. Mən Sizdən soruşmaq istərdim, vəziyyətlə bağlı bu istiqamətdə hansı addımlar atılıb?
-Həmin şəxslərin hərbi əsir kimi qiymətləndirilməsi və hərbi əməliyyatların dayandırılması razılığına əsasən, Ermənistan tərəfinə qaytarılması ehtimalı varmı?
-Təbii qaz məsələsinə toxunmaq istəyirəm. Bildiyiniz kimi, son vaxtlarda Avropa İttifaqının qaz ehtiyatları azalmaqdadır, qazın qiyməti isə artır. Bizim üçün ən əsas qaz təchizatçısı idxalımızın 40 faizinin payına düşdüyü Rusiya ilə münasibətlərdə gərginlik var. Münasibətlər özünün ən pis dövrünü yaşayır. Azərbaycanın iqtisadiyyatı neft və qaz ixracına əsaslanır, ixrac bazarları isə Aİ və Qərbdir. Siz hazırkı vəziyyəti necə təhlil edərdiniz, Aİ və ümumilikdə region hazırkı böhranın öhdəsindən necə gələ bilər?
-Ötən il həyata keçirdiyiniz yeni qaz dəhlizi – TAP layihəsinə cənab Putin ilə söhbətlərinizdə toxunulubmu? Bu, Rusiya qazına alternativ olduğu üçün cənab Putini narahat edən məsələdirmi?
-Sonuncu sualım dronlar haqqındadır. Ermənistanla müharibədə Sizdə dronların olması çox mühüm əhəmiyyət təşkil edirdi. Bu haqda düşüncələrinizi bilmək istərdim. Səhv etmirəmsə, Sizdə İsrail və Türkiyə texnologiyası əsasında hazırlanmış dronlar var. Bilmək istəyirəm ki, bu dronlar indi dünya satışına çıxarılacaqmı? Onları müstəqil şəkildə istehsal etmək və dünyaya satmaq imkanınız var. Dünya bunda maraqlıdırmı? Ümumiyyətlə, bu, müasir müharibəni və dronların müasir müharibələrin zəruri bir elementinə necə çevrilməsini əks etdirir.
Rumın və rus dillərində daha ətraflı:



