Motosiklet və moped qəzaları
Azərbaycanda ekoloji siyasət: ardıcıl proqramlar, məqsədyönlü addımlar
Həyat həqiqətləri bədii təxəyyül işığında - Tural Adışirin yazır
Kimsə bilməz Tanrı dağın yaşını... - Ağacəfər Həsənli yazır
Haqqımızda
|
Əlaqə
|
Mobil versiya
|
Köhnə 525
|
Əsas səhifə
Bütün xəbərlər
Siyasət
Sosial
İqtisadiyyat
COP29
Mədəniyyət
İdman
Dünya
Qarabağ
Ədəbiyyat
Digər
"525" - 30
Müsahibə
Region
Rəsmi
Şou-biznes
525-ci qəzetə yubiley təbrikləri
"525" - 25
Faydalı
Media
Turizm
Maraqlı
Təhsil
Texnologiya
Son xəbərlər
24 İyul 2026
23:30
Motosiklet və moped qəzaları
23:00
İnqilabın oğurladığı sabah -
Kinoseans
22:30
Azərbaycanda ekoloji siyasət:
ardıcıl proqramlar, məqsədyönlü addımlar
22:00
Muzeylər gözəllik və bilik məbədidir -
Telman Orucov yazır
21:45
Sözü ilə də şəfa verir -
Şair Təbib-65
21:30
Azərbaycanda çevik iş vaxtı rejimi tətbiq ediləcək
21:10
Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
21:00
Həyat həqiqətləri bədii təxəyyül işığında -
Tural Adışirin yazır
20:30
Kimsə bilməz Tanrı dağın yaşını... -
Ağacəfər Həsənli yazır
20:00
"Motiv axtarışında" -
"Bir rəsmin dedikləri"
19:52
Ceyhun Nuriyevin yeni klubu
19:30
Bənövşəyi rəngi hədiyyə edən
19:09
Arayik Harutyunyan və digərlərinin şikayəti üzrə apellyasiya məhkəməsi prokurorların çıxışı ilə davam etdirilib
19:00
Qəribə qanunların ciddi tarixçəsi -
Şahanə Müşfiq yazır
18:40
ETSN meşələrdə yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət edib
18:30
Şairə söz qadağası qoyula bilməz
18:20
“İndi sosial şəbəkələr tamamilə başqa bir dünyadır”
18:00
Nobel laureatlarının ciddi narahatlıqları -
Sosial şəbəkədə yazılanlar
17:54
Konqoda silahı hücum -
16 mülki şəxs həlak olub
17:48
Azərbaycan-Almaniya əlaqələrində yeni strateji dövr
17:42
Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edib
17:36
Suraxanıda kafedə nöqsanlar aşkarlanıb
17:31
Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq imkanları dəyərləndirilib
17:25
Azərbaycan filmi “Qızıl Mimoza” mükafatı uğrunda mübarizə aparacaq
17:22
Elm və təhsil naziri Saatlıda vətəndaşları qəbul edib
17:19
Bakıda BMT-nin Dostluq Günü və Azərbaycan Mətbuat Günü şərəfinə "SeaBandTune 2026" keçiriləcək
17:13
Mərkəzi Bank qiymətli kağızların icarəyə verilməsi əməliyyatının tətbiqinə başlayıb
17:07
Banqladeş prezidenti istefa verib
17:00
Bülövqaya tədqiqatları nədən xəbər verir? -
Qədim mədəniyyətlərin izi ilə
16:54
Pərviz Şahbazov Goranboyda vətəndaşları qəbul edib
16:48
İmişlidə yeni DOST filialı fəaliyyətə başlayıb
16:42
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
16:36
Azərbaycanda duz istehsalı 32 faizdən çox artıb
16:31
Səməd Vurğunun 120 illiyinə həsr olunan elektron resurs təqdim edilib
16:25
Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib
16:19
“Rusiya ABŞ-ın nizamlanma variantını qəbul edib” -
Peskov
16:16
Altı ayda mina hadisələri nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb
16:13
Bu il 33 təqsirləndirilən şəxs Azərbaycana ekstradisiya edilib
16:07
Cinayət işləri üzrə vurulan maddi ziyandan bu il 27 milyon manatı ödətdirilib
16:02
8 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 2 nəfər vəzifədən azad edilib
16:00
Fəxr və kədərin qovuşduğu göz yaşları -
Rafael Hüseynov yazır
15:54
Bu il ölkədə 15420 cinayət qeydə alınıb
15:48
ABŞ-ın son hücumları nəticəsində İranda 55 nədər ölüb
15:42
“Rusiyanın Kiyev vilayətinə zərbələri nəticəsində altı nəfər ölüb” -
Zelenski
15:36
Rusiya və İranın XİN başçıları körfəzdəki gərginliyi
müzakirə ediblər
15:31
İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
15:25
Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib
15:19
İraq ABŞ-ın atəşkəslə bağlı İrana mesaj göndərməsini təkzib edib
15:13
Bəzi rayonlarda külək güclənəcək -
XƏBƏRDARLIQ
15:07
Xocalı və Ağdərə rayonlarına növbəti köç olub
15:00
Gəncədə respublikaçı İspaniya üçün hərbi pilotlar məktəbi
14:54
“Kapitan və Xəzər dənizi” sənədli filmi beynəlxalq festivalda
14:48
Şuşada IV Beynəlxalq Elmi Araşdırmalar Konqresi təşkil edilib
14:42
Anar Əliyev Zəngilanda vətəndaşları qəbul edib
14:36
Azərbaycanın SECURE modeli UNESCO-nun Ümumdünya İrs Komitəsində təqdim olunub
14:31
Bakı-Tbilisi-Bakı qatarlarında sərnişin yerlərinin sayı 120 faiz artırılıb
14:25
Oğuzda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub
14:19
Rəşad Məmmədov Azərbaycanın Özbəkistanda səfir təyin edilib
14:13
Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
14:07
Siciliyada meşə yanğını -
1 ölü
14:00
Messiyə qalmayan futbol -
İlqar Tağıyev yazır
13:59
Azərbaycan Türkiyəyə yeni səfir təyin edib
13:52
İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor təyin olunub
13:49
"Almaniya Azərbaycandan daha çox həcmdə qaz almaq istəyindədir" -
Mütəxəssis fikri
13:44
Sığorta ödənişləri peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinə uyğun olaraq ödəniləcək
13:32
Azərbaycanda "Kraudfandinq haqqında" qanun 6 aydan sonra qüvvəyə minəcək
13:28
"İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə" dəyişib
13:16
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
13:09
Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlimi keçirib
13:00
Xalqa xidmətlə, sözə məhəbbətlə bəzənən ömür -
Abid Tahirli yazır
Son xəbərlərin davamı »
Özü kimi olmaq hüququ
ELÇİNİN “ARZULAR, HƏYAT, ƏDƏBİYYAT” KİTABI HAQQINDA DÜŞÜNCƏLƏR
Yazar
Oxunub:
1203
dəfə
a
-
A
+
05.05.14 17:30
Elmira AXUNDOVA
Xalq yazıçısı
Bu
günlərdə
“
Təhsil
”
nəşriyyatı
Azərbaycan
Xalq
yazıçısı
Elçinin
müxtəlif
illərdə
yazdığı
məqalə
,
esse
,
müsahibələrinin
toplandığı
“
Arzular
,
həyat
,
ədəbiyyat
” (“
Meçta
,
jizn
,
literatura
”)
kitabını
çap
edib
.
Tanınmış
yazıçı
-
publisist
,
millət
vəkili
Elmira
Axundovanın
kitab
haqqında
düşüncələri
“
Kaspi
”
qəzetində
dərc
olunub
.
Maraqlı
olacağını
nəzərə
alıb
,
həmin
yazını
tərcümə
edərək
oxucularımıza
təqdim
edirik
.
İkinci
yazı
İllər
ötür
,
mövzular
,
istiqamətlər
,
ideologiyalar
dəyişirdi
.
Amma
Elçində
bir
məqam
dəyişməz
qalırdı
.
Bu
,
əsl
yazıçının
Azərbaycan
ədəbiyyatının
bu
günü
və
gələcəyi
ilə
bağlı
narahatlığı
idi
.
Yaxşı
yadımdadır
,
mən
artıq
“
Literaturnaya
qazeta
”
nın
xüsusi
müxbiri
kimi
Elçini
müsahibə
verməyə
razı
salmaq
üçün
sözün
həqiqi
mənasında
xahiş
eləyə
-
eləyə
qalmışdım
(
O
vaxtlar
o
,
müasir
ədəbi
proseslərdən
bir
qədər
uzaqlaşmışdı
.
Belə
ki
,
artıq
bir
il
olardı
,
ölkənin
bütün
humanitar
sahəsi
onun
kurasiyasında
idi
.
Müsahibə
üçün
vaxtı
nə
gəzirdi
).
Amma
nəhayət
,
o
,
sevimli
“
Literaturka
”
sı
üçün
istisnalıq
etdi
və
“
Keçid
dövrünün
komediyaları
və
dramları
” (1994-
cü
il
)
adlı
müsahibə
-
söhbət
işıq
üzü
gördü
.
Yeri
gəlmişkən
,
həmin
müsahibə
də
haqqında
yazdığımız
ədəbi
-
tənqidi
məqalələr
toplusuna
daxil
edilib
.
Həmin
söhbətdə
o
vaxt
cəmiyyəti
narahat
edən
xeyli
məsələlərə
toxunulub
:
keçid
dövrü
hadisələrinin
işıqlandırılmasında
müasir
ədəbiyyatın
rolu
və
əhəmiyyəti
,
cəmiyyətin
mənəvi
həyatının
durumu
,
mürəkkəb
proseslərdə
ziyalıların
yeri
,
postsovet
məkanında
baş
verənlər
,
keçmişə
münasibət
və
s
.
Bu
söhbət
yazıçını
yenidən
sevimli
qəzetinə
qaytardı
,
ardı
-
arası
kəsilməyən
məktublara
və
rəylərə
zəmin
yaratdı
...
Sözün
,
ədəbiyyatın
taleyini
düşünən
yazıçı
-
patriot
bu
“
ərazidə
”
narahatlıq
doğuran
,
bəzi
hallarda
isə
neqativ
proseslər
baş
verdiyi
bir
zamanda
heç
cür
kənarda
qala
bilməzdi
.
Və
budur
,
artıq
XXI
yüzillikdə
yazıçı
özünəməxsus
prinsipiallıq
və
qətiyyətlə
Azərbaycanda
gedən
ədəbi
prosesləri
təhlil
etmək
və
bizim
“
Danimarka
krallığında
”
nəsə
yerində
deyil
,
nəsə
düz
getmir
kimi
hökmlərini
çıxarmaq
üçün
yenidən
qələmə
sarılır
.
Azərbaycan
ədəbiyyatı
daha
çox
“
Vaysman
xəstəliyi
”
nə
(
Afaq
Məsudun
hekayələrindən
birinin
qəhrəmanı
)
meyllənib
. “
Ədəbiyyatımızın
“
Vaysman
xəstəliyi
”
məqaləsi
və
bir
neçə
il
sonra
dərc
olunan
“
Azərbaycan
ədəbi
prosesində
nə
baş
verir
?”
adlı
irihəcmli
məqalə
-
monoqrafiya
istedadlı
ədəbi
qüvvələrin
canlanmasına
və
birləşməsinə
rəvac
verməklə
bütün
ədəbi
ictimaiyyəti
sözün
həqiqi
mənasında
silkələdi
.
Prinsipcə
,
Elçinin
yazıları
da
elə
bu
məqsədi
güdürdü
.
Keyfiyyətli
əsərlərin
sözün
həqiqi
mənasında
diletant
,
aşağı
əyarlı
məhsullar
dəryasında
boğulduğu
müasir
ədəbi
prosesin
bu
kədərli
mənzərəsini
təhlil
edərək
Elçin
birbaşa
öz
qələm
yoldaşlarına
müraciət
edir
:
bu
gün
üzərinizə
gələn
istedadsızlar
ordusu
qarşısında
çəkinməyin
, “
bozluğun
”
təsirinə
uymayın
.
Qrafomanlığa
qarşı
tutarlı
peyvənd
kəşf
olunmayana
qədər
peşəkar
tənqidin
missiyası
“
ədəbiyyatın
havasını
təmizləməkdən
”
ibarət
olmalıdı
.
Əlləri
yuxarı
qaldırıb
təslim
olmaq
olmaz
,
bayağı
,
bulantıq
axına
,
bəsit
mədhiyyələrə
,
saxta
,
boğazdan
yuxarı
sözlərə
qarşı
getmək
lazımdı
.
Bu
səbəbdən
də
Elçin
yekunda
yeni
,
istedadlı
nəsillə
əl
-
ələ
verib
ədəbi
prosesləri
ağır
vəziyyətdən
çıxarmağa
,
öz
peşəkar
həmkarlarını
ədəbi
tənqidə
qayıtmağa
çağırır
.
Bu
çağırışın
şəxsən
mənim
özümü
necə
ilhamlandırdığı
yaxşı
yadımdadı
.
Sanki
mən
özüm
də
hansısa
anda
“
ilkin
”
peşəmi
–
ədəbiyyatşünaslığı
və
ədəbi
tənqidi
xatırladım
.
Məhz
bundan
sonra
yenidən
qələmimdən
məqalələr
və
resensiyalar
çıxmağa
başladı
.
Amma
etiraf
edim
ki
,
mən
yalnız
istedadlı
müəlliflərin
əsərləri
haqqında
yazırdım
.
Bu
mənada
,
Elçinə
həsr
etdiyim
və
özunun
də
yüksək
qiymət
verdiyi
bir
neçə
məqaləm
çıxdı
.
Amma
bununla
belə
,
mənim
yazılarımdan
biri
hansısa
aqressiv
qrafomana
həsr
olunmuşdu
və
mənim
onun
“
yaradıcılığı
”
haqqında
çox
neqativ
bir
rəyimdən
sonra
(
məqalə
həmin
“
yazıçının
”
əsərlərinin
dərc
olunduğu
“
Exo
”
qəzetində
çıxmışdı
)
ciddi
qəzetlər
öz
qapılarını
onun
üzünə
bağladılar
.
Bəli
,
Elçin
tamamilə
haqlıdı
və
gənc
peşəkar
tənqidçilər
ondan
nümunə
götürməlidirlər
.
Bizim
ədəbiyyatı
yalnız
xalturaya
qarşı
prinsipiallıq
və
dözümsüzlük
nümayiş
etdirməklə
xilas
etmək
olar
.
Elçinin
yazdığı
kimi
, “
ədəbiyyata
can
yandırmaq
o
deməkdir
ki
,
gərək
hər
şeyi
öz
adıyla
çağırmağı
bacarasan
–
yaxşıya
yaxşı
dediyin
kimi
,
eynən
o
şəkildə
zərərli
olana
da
zərərli
deyə
biləsən
”.
lll
...
Son
illər
müasir
ədəbi
tənqidin
ən
əlamətdar
,
novator
nümunələrindən
biri
yazıçı
Elçinin
yazıçı
-
tərcüməçi
Yaşarın
suallarını
cavablandırdığı
“
Ədəbiyyat
söhbəti
”
di
.
Yığcam
kitab
həcmində
olan
dolğun
müsahibə
,
həqiqətən
də
özündə
Şekspir
genişliyi
və
mövzu
hüdudsuzluğu
ehtiva
edir
–
yazıçının
formalaşmasında
mühitin
rolu
və
bədii
əsərin
insan
taleyində
rolu
, “
total
”
söz
azadlığı
dönəmində
bədii
dəyərlərin
aşağı
düşməsi
,
sənətkar
və
senzura
,
sənətkar
və
hakimiyyət
münasibətləri
kimi
əzəli
və
əbədi
mövzu
,
ədəbiyyat
və
internet
,
teatrın
və
klassik
kitab
mədəniyyətinin
gələcəyi
,
dünya
ədəbiyyatı
,
bədii
tərcümənin
problemləri
və
xeyli
sayda
digər
məsələlər
.
Elçin
də
,
Yaşar
da
həddən
ziyadə
çox
oxumuş
adamlardı
,
dünya
ədəbiyyatının
ən
yaxşı
nümunələrinin
–
özü
də
klassika
ilə
yanaşı
,
həm
də
modern
ədəbiyyatın
mükəmməl
biliciləri
və
dəyərvericiləridi
.
Odur
ki
,
bu
,
həqiqətən
də
iki
bərabərhüquqlu
iştirakçının
söhbətidi
və
bu
fikirləri
oxuyarkən
bəzən
istər
-
istəməz
sanki
özün
də
bu
söhbətin
iştirakçısına
çevrilirsən
.
Sən
gözlərin
önündə
maraqlı
fikirlərin
necə
yarandığının
sanki
canlı
şahidi
olursan
və
Yaşarı
narahat
edən
suallara
dolğun
,
orijinal
cavablardan
sözün
həqiqi
mənasında
həzz
alırsan
.
Elçinin
cavabları
yalnız
tutarlı
olmaqla
kifayətlənmir
,
bu
cavablar
kifayət
qədər
dəlil
-
sübutludu
,
yazıçıların
,
şairlərin
,
tənqidçilərin
,
əsərlərin
adlarıyla
,
ədəbi
iqtibaslarla
və
reminissensiyalarla
zəngindi
.
Bu
söhbət
idrakın
və
ruhun
əsl
təntənəsi
, “
ədəbiyyat
qurmanları
”
üçün
əsl
bayramdı
.
Bütün
bunlarla
yanaşı
,
bu
söhbətin
əsas
özəlliyi
ədəbində
və
ziyasındadı
.
...
Nəhəng
erudisiyasından
savayı
Elçində
əsl
yazıçıya
xas
çox
əlamətdar
bir
xüsusiyyət
də
var
–
o
,
tərəddüd
tərəfdarıdı
.
Elə
bu
mükəmməl
söhbətin
əvvəlində
olduğu
kimi
,
sonunda
da
o
,
yenidən
öz
tərəddüdünü
ifadə
edir
:
görəsən
,
bu
sırf
ədəbi
dialoqdan
kimsə
nəsə
götürə
biləcəkmi
?
Məncə
,
söhbətə
ön
sözündə
Yaşar
bu
sualın
çox
dəqiq
cavabını
verə
bilib
: “
İnanıram
ki
,
bu
kitab
əlinə
qələm
alan
neçə
-
neçə
yazarın
,
həmçinin
,
neçə
-
neçə
oxucunun
ədəbi
zövqünün
formalaşmasına
xidmət
edəcək
,
ona
böyük
ədəbiyyata
gedən
yolda
,
bələdçi
olacaq
...”
Öz
tərəfimdən
isə
əlavə
edərdim
ki
,
bu
cür
“
ədəbi
master
-
klasslar
”
böyük
Sözə
məhəbbətin
aşılanması
üçün
bizim
ali
məktəblərin
filologiya
və
jurnalistika
fakültələrində
tədris
olunmalıdır
.
lll
Ədəbi
-
tənqidi
yazılardan
ibarət
toplu
Elçinin
bütün
həyatı
boyu
eskizlər
şəklində
qələmə
aldığı
qeydlərlə
yekunlaşır
.
Yadımdadı
,
Elçinin
ədəbi
gündəlikləriylə
tanışlıqdan
sonra
mən
(
neçənci
dəfə
!)
onun
ədəbiyyat
sahəsindəki
hərtərəfliyinə
və
həqiqi
mənada
ensiklopedik
təfəkkürünə
heyrət
etdim
.
Etiraf
edim
ki
,
mütaliəni
sevən
və
günü
bu
günəcən
kitab
əlindən
düşməyən
bir
oxucu
kimi
bu
gündəliklərin
oxunuşu
zamanı
mənə
az
tanış
olan
,
yaxud
heç
tanımadığım
imzalarla
rastlaşırdım
.
Görkəmli
və
hətta
sevimli
imzaları
isə
(
elə
həmin
Tolstoy
,
Çexov
,
yaxud
Cəlil
Məmmədquluzadə
)
Elçinin
sayəsində
yenidən
,
bəzən
tamamilə
gözlənilməz
tərəfdən
kəşf
edirdim
.
Son
10-15
ildə
biz
daha
az
oxuyuruq
:
işlərin
və
məsuliyyətin
artması
,
vəzifənin
tələb
etdiyi
xeyli
sayda
dövrü
mətbuatı
izləmək
zərurəti
,
üstəgəl
İnternetdən
hər
gün
boylanan
operativ
informasiyalar
porsiyası
ciddi
,
düşündürücü
mütaliəyə
demək
olar
ki
,
vaxt
qoymur
.
Bu
mənada
,
bütün
şüurlu
həyatı
boyu
özünün
əsas
mənəvi
sərvətindən
,
kitabdan
bir
gün
belə
ayrı
qalmayan
Elçin
nümunəsi
heyrətamiz
və
ibrətamizdi
.
Onun
gündəlik
qeydlərini
təkrar
-
təkrar
oxuduqca
,
qeyri
-
adi
mənəvi
rahatlığa
,
nura
büründüyünü
,
Ədəbiyyat
adlı
böyük
və
əbədi
aləmə
toxunduğunu
hiss
edirsən
.
Yazıçı
Elçin
personajlara
,
əsərlərə
,
həmçinin
,
bu
personajları
,
bu
əsərləri
yaradan
öz
mənəvi
sələflərinin
ölməz
adlarına
məhz
bu
cür
böyük
hərflərlə
,
sonsuz
hörmət
və
məhəbbətlə
yanaşır
.
Elçinin
“
Zaman
və
Söz
”
kitabında
toplanan
mini
-
esselər
də
müxtəlif
illərdə
yazılıb
:
bəziləri
sovet
dönəmində
,
bəziləri
yenidənqurmanın
qarışıq
illərində
,
aralarında
son
illərin
qeydləri
də
var
.
Elçin
özü
girişdə
yazır
ki
,
aradan
uzun
illər
keçdiyindən
bu
və
ya
digər
həyat
,
ədəbiyyat
,
incəsənət
hadisələriylə
bağlı
onun
təsəvvürləri
dəyişsə
də
,
qeydlərini
“
müasirləşdirmək
”
istəməyib
və
onları
oxucuların
mühakiməsinə
“
daranmamış
”
qiyafədə
təqdim
etməyi
üstün
tutub
.
Amma
bununla
belə
,
burada
bir
məqam
heyrətamizdi
:
bu
esselərə
rəğmən
deyə
bilərik
ki
,
təxminən
yarım
əsrlik
yazıçılıq
fəaliyyəti
dövründə
Elçinin
ədəbi
zövqü
və
şövqü
dəyişməz
qalıb
.
Buna
daha
bir
bariz
nümunə
:
o
,
sovet
dönəmində
də
vulqar
proletar
ideologiyaya
tamamilə
yabançı
idi
,
o
,
sovet
dönəmində
də
sovet
konyukturasını
rədd
edirdi
,
rədd
edirdi
və
oradan
çox
-
çox
uzaqlarda
dayanıb
ədəbiyyatı
özünün
misilsiz
ədəbi
zövqüylə
hiss
edirdi
.
Ümid
etmək
istərdim
ki
,
Elçinin
iki
dildə
dərc
olunan
dərin
məzmunlu
esseləri
qürurla
özünü
“
yazıçı
”
adlandıran
gənc
ədibləri
ciddi
,
düşündürücü
mütaliəyə
sövq
edəcək
.
Çünki
Elçinin
kitabı
özündə
məhz
belə
,
peşəkar
mütaliəni
ehtiva
edən
gözəl
örnəkdi
.
Yeri
gəlmişkən
,
Elçinin
öz
kitablarını
,
işlərini
,
məqalələrini
əsasən
iki
dildə
–
Azərbaycan
və
rus
dillərində
dərc
etməyə
üstünlük
verir
(
uzaq
xaricdə
dərc
olunan
kitablar
nəzərdə
tutulmur
)
və
bu
da
məlum
olduğu
kimi
,
respublikamızda
kifayət
qədər
rusdilli
insan
olduğundan
Elçinin
oxucu
auditoriyasının
artmasına
zəmin
yaradır
.
Bədii
sözün
sirri
üzərində
düşünərkən
Elçin
belə
bir
qənaətə
gəlir
:
zaman
hər
şeyi
keçmişə
döndərir
,
onun
qarşısında
bütün
incə
sənətlər
gücsüzdü
...
Ya
da
təxminən
bütün
...
Çünki
yazıçının
qənaətincə
, “
zaman
kitab
qarşısında
gücsüzdü
”. “
Bəlkə
elə
Söz
Zaman
deməkdi
?”
Elçin
sual
edir
.
Yəqin
ki
,
belədi
.
Həqiqətən
də
axı
,
əzəl
başdan
Söz
idi
.
Sözün
sirlərinə
bələd
olduqca
,
Sözün
gözəlliyinə
və
sehrinə
varid
olduqca
insan
Yaradana
daha
da
yaxınlaşır
.
Yəqin
Sözün
ilahi
məğzinin
sirri
-
xudası
da
elə
bundadı
və
Elçinin
gözəl
kitabı
bu
zaman
sanki
Sözün
himni
kimi
səslənir
.
Nə
vaxtsa
bu
resenziyanın
müəllifi
ilə
söhbətlərindən
birində
mənim
“
Sizi
bu
qarışıq
keçid
dövründə
hansı
mənəvi
dəyərlər
qoruyur
”
sualıma
Elçin
belə
cavab
verdi
:
“
Bu
barədə
düşünərkən
bəzən
pessimizmə
qapılır
,
hətta
təlaş
keçirirəm
.
Ən
qədim
əyyamlardan
üzü
bəri
ədəbiyyat
“
müdriklik
,
xeyirxahlıq
,
əbədiyyətlik
toxumları
səpib
”.
Xeyirlə
şərin
əzəli
mübarizəsində
yazıçı
təbii
ki
,
Xeyirin
yanında
olub
.
Dünya
ədəbiyyatı
Homer
,
Şekspir
,
Füzuli
,
Höte
,
Tolstoy
kimi
nəhənglər
yaradıb
.
Soruşa
bilərsiz
,
nədən
təlaş
keçirirəm
?
Axı
bu
yer
üzündə
heç
nə
dəyişməyib
.
Və
xeyirlə
şərin
döyüşünün
də
sonu
görünmür
.
Ədəbiyyat
öz
-
özlüyündə
dünyada
,
yaxud
da
insan
xislətində
nəyisə
dəyişmək
iqtidarında
deyil
.
Məni
məyus
edən
də
budu
.
Amma
digər
tərəfdən
bir
anlığa
təsəvvür
edin
ki
,
bu
yer
üzündə
nə
Homer
,
nə
Nizami
,
nə
də
Şekspir
var
.
Onda
nə
olardı
?
Zülmət
,
boşluq
,
uçurum
!
Bilirsiz
,
həyatımın
ən
ağır
dönəmlərində
nədənsə
,
Don
Kixotu
yada
salır
və
yüngülləşirəm
.
Bəli
,
ədəbiyyat
bütün
bəşəriyyəti
xilas
etmək
gücündə
deyil
,
amma
bir
insana
köməyi
dəyə
bilər
.
Bu
isə
razılaşın
ki
,
az
deyil
...”
Bizim
həmin
o
söhbətin
üstündən
düz
iyirmi
il
vaxt
keçib
.
Və
mən
şadam
ki
,
Elçin
məşhurluq
,
şöhrət
,
uğurlu
karyera
sınaqlarından
keçərək
,
gəncliyinin
ədəbi
prinsiplərinə
,
Sözə
xidmət
kimi
bu
əsas
və
coşqun
məramına
sadiq
qalıb
.
Özünün
şəxsi
etirafına
görə
,
yazmaq
tələbatı
onun
üçün
“
yaşamaq
”
sözüylə
sinonimdi
.
Və
nə
qədər
ki
,
belədi
,
Azərbaycan
ədəbi
proseslərinin
gələcəyinə
olan
inam
ümidsiz
görünmür
...
Bizi Facebookda izləyin
Müəllifin digər yazıları
Hər şeyi anlamaq olar
01.05.26
Oljas Süleymenovun dərk olunmuş qarşılıqlı asılılıq dünyası
30.12.25
Döyüşə... Zemfira Məhərrəmli gedir - Elmira Axundova yazır
19.12.25
"Heydər Əliyev ziyalılar arasında ayrı-seçkilik etmirdi"
12.12.25
"Heydər Əliyev ziyalılar arasında ayrı-seçkilik etmirdi"
11.12.25
"O, məni sözün əsl mənasında qaragüruhçuların əlindən xilas etdi" - Elmira Axundova yazır
08.12.25
"Erməni məsələsi" qapandı, cənablar!.. - Elmira Axundova yazır
06.11.25
Naxçıvandan dünyaya... - Elmira Axundova yazır
03.11.25
Təmiz ad ən yaxşı mirasdır - Rzaqulu Quliyevin xatirəsinə
15.09.25
Elçinin "Gümüşü furqon"u dayandı... - Elmira Axundova yazır
08.09.25
"Qara Yanvar"la alışıb-yananlar - Elmira Axundova yazır
13.02.25
Dilçilikdə yeni addım - Elmira Axundova yazır
07.11.24
İsa Həbibbəyli fenomeni: yaşamağa da, hiss etməyə də tələsir... - Elmira Axundova yazır
Onun gərgin fəaliyyətini müşahidə edərək bəzən sadəcə olaraq anlaya bilmirəm - onda cürbəcür işlərə bu qədər enerji hardandı?
18.04.20
Məmməd Orucun "Oyun havası" - Elmira Axundova yazır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Elmira Axundova Azərbaycanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin olunub. Bu xoş hadisə, yüksək təyinat münasibətilə
16.03.20
Başlanğıc - Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyinə
Azərbaycan Respublikasının Siyasi partiyalar və ictimai hərəkatlar dövlət arxivində, Azərbaycan KP MK-nın respub-likanın partiya təşkilatı tarixində ən yığcam yığıncaqlarından biri olan XVI plenumunun
15.07.19
Əsas səhifə
Bütün xəbərlər
Siyasət
Sosial
İqtisadiyyat
Kriminal
Mədəniyyət
İdman
Şou-biznes
Ədəbiyyat
Çap versiyası
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.