|
|
|
|

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 6-da Azərbaycan və Ermənistan qoşunlarının Tərtər rayonu Qapanlı kəndinin cənub-şərq istiqamətindəki təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Bu barədə 525.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq, təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, səhra köməkçiləri Xristo Xristov və Yevgeni Şarov keçiriblər.



