Bakıda yanğın baş verən Aslan Muradov adına 84 nömrəli tam orta məktəb distant təhsilə keçib.
525.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
Qeyd olunub ki, bu gün səhər saatlarında Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən məktəbdə yanğın baş verib: "Yanğın məktəbin ikinci mərtəbəsində baş verib, müəllim və şagird heyəti təxliyə olunub. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğın qısa müddət ərzində söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb. Bu gün məktəbdə dərslərin distant qaydada davam etdirilməsi nəzərdə tutulur".
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində orta məktəb binasında yanğın olması barədə məlumat daxil olub.
Bu barədə 525.az-a Fövqəladə Hallar Nazirliyindən xəbər verilib.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.
Əlavə məlumat veriləcək.