Uşaq
Gözlərini qaçırma məndən uşaq
Gizləmə qəlbindəki tənhalığı
Əyilməsin başın önə, utanqac və zərif!
Sən deyilsən səbəbi məğlub olduqlarının
Günahkar hisslərin deyil
Səni xoşbəxtlikdən alan,
Sənə yüklədikləri cəfalar
Səni uşaqlıqdan qoparan
Çiynin düşük
Bağlı gözlərin
Çəkilmə içinə
Tənhalığına sığınma!
Səni insan edən
Bax bu hissiyatın
Almalar
Xəyal edərkən cənnətimi
Əlim uzandı başdançıxaran qırmızı almalara
Bir dişləmə damcıladı suyu
Töküldükcə üstünə toxum verdi torpaq
Cücərdi bu toxumlardan zəhərli sarmaşıqlar
Amansızca bitdilər könül bağımda
Dişləməsəydim o tələləri
Yatan filizlərim torpağın qoynundaydı
Payız
Payız alıb qəhvənin tündünü
Yaşılın solğun tonunu çiyninə
Düşündürür səni
Düşüncəyə daldırır sən dünənin aynasından baxarkən
“ruhunun güzgüsündən bax” deyir
“yaxşı dərk et,
Nə aldı bu il səndən, nə verdi əvəzinə!
Durma davam et baxmağa
Davam et ki
Gedənləri deyil
Qalanları hopdur ruhuna
Gələn il nəyi istəyirsən o olsun yanında!”
Xəyalpərəst
Şapqasının ardına gizlənmişdi cəsarət
Mənliyini çıxardı cibindən
Vecsizliyə keçə bilmədi
Dirilərin dadsız dedikləriydi ona görə həyat
Hissi ritualdan dərin
Xəyalı yaşından böyük
Dünyaya vuracaq payanı
Tək gözlədiyi dost məclisi
Kürəyini sığallayan
Gəlmə
Baxma mənim “Gəlmə” deməyimə
Ağzım möhürlüdür,
Deyə bilmərəm qəlbimdəkini
Könlüm istəsə də
Sevə bilmərəm səni
Bilirəm azad buraxmağı hisslərimi
Bilirəm, əlbəttə bilirəm
Səni mənndən uzaq tutan nə varsa
ən böyük xilaskarım bilirəm.
Biraz könülsüz, biraz üsyankar
Götürüb tənhalığımı gedərəm.
Niyə
Bir ümidsən bəzən
Əlimi uzadsam tuta bilərəm
Bir məyusluqsan bəzən
Yenidən xəyalı haram.
Soruşsalar sonsuzluğun nə olduğunu
Səni deyərəm
Eşqi soruşsalar, adını verərəm
Çarəsizliyi soruşsalar yenə dəyişməz cavabım
Əvvəli də sonu da sənsən çıxmazın
Yeni dil açan bir uşaq düşün,
Bir “ana”dır bildiyi, bir “ata”
Mənim bildiyim bir “sən”, bir “sənə”
Qandallamış əlimi, ayağımı
Mismarlanmış adın bütün cavablara
Amma bir sual var cavabı məchul
Niyə yoxsan yanımda?
Yeni külək
Yeni bir külək əssin heç kimin bilmədiyi
Mənim bildiyim və illərlə gözlədiyim
Gedərəm onun getdiyi yerə
Eynidir getdiyi yol
Ruhunda çatacağı yer
İzlədiyi addımlar
Tutunduğum budaqlarla eynidir
Qoy əssin indi mənimlə
Soruşmasın doğru zamanda gəldiyini
Tərədddüt etməsin!
Xeyir olmasaydı gəlişində
Sonuncu yanaşmazdı limana
Təcrübələr çoxdan keçdi
Kainat ən dadlı meyvanı saxlayır sona