Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti Latviyaya səfər edəcək.
525.az-ın əldə etdiyi məlumata görə, səfər bu ilin fevral ayında baş tutacaq.
Səfər zamanı Milli Məclis sədri Latviya Seyminin üzvləri və ölkə rəhbərıiyi ilə görüşləri nəzərdə tutulur.