
Ötən gün Astara Mərkəzi Rayon Xəstəxanasında baş verən ana ölümünün səbəbləri Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyası tərəfindən araşdırılacaq.
Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli məlumat verib.
Qeyd edək ki, Astara şəhər sakini Nərmin Əsgərova mayın 11-də doğuşdan sonra dünyasını dəyişib. Körpənin vəziyyəti isə normaldır.



