Azərbaycan nümayəndə heyəti Avronest Parlament Assambleyası Bürosunun 19-22 fevral tarixlərində İrəvanda keçiriləcək iclasında iştirak edəcək.
525.az-ın xəbərinə görə, bu barədə Ermənistanın “Qraparak” qəzeti məlumat yayıb.
Məlumata görə, Azərbaycan tərəfi Avronest PA-nın Bürosunun iclasında iştiraka ilkin razılıq verib.
Qeyd edək ki, iclasda Azərbaycan parlament nümayəndə heyətinin iştirakı gözlənilir.