https://525.az/img/pics/medium/2026-07/398344_b3l9cen0n2.jpg Motosiklet və moped qəzaları
https://525.az/img/pics/medium/2026-07/398368_rvigwpkpkq.jpg Azərbaycanda ekoloji siyasət: ardıcıl proqramlar, məqsədyönlü addımlar
https://525.az/img/pics/medium/2025-10/367606_yp1dbcw343.jpg Həyat həqiqətləri bədii təxəyyül işığında - Tural Adışirin yazır
https://525.az/img/pics/medium/2022-03/220713_pqe3s6s2c5.jpeg Kimsə bilməz Tanrı dağın yaşını... - Ağacəfər Həsənli yazır
search
25 İyul 2026
24 İyul 2026

Kubok "Neftçi"nindir

Kubok "Neftçi"nindir

Bu gün keçirilən Azərbaycan kubokunun final matçı ilə mövsümə yekun vurulub.

525.az-ın məlumatına görə, həlledici görüşdə "Qəbələ" və "Neftçi" klubları üz-üzə gəlib.

Bu komandalar kubokun finalında ilk dəfə üz-üzə gəliblər. "Neftçi" indiyədək 8 dəfə final oynadığı halda, "Qəbələ" klubu ilk dəfə bu hüquqa yiyələnib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda əsas vaxt 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda da hesab dəyişmədiyi üçün qalib penaltilər seriyasında müəyyənləşib. "Neftçi" bu seriyada daha dəqiq oynayaraq Azərbaycan kubokunun sahibi olub.

Qeyd edək ki, hər iki klub yeni mövsümdən ölkəmizi Avropa Liqasında təmsil edəcək.
 

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.