https://525.az/img/pics/medium/2026-07/398505_iynksz8jz6.jpg Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub
https://525.az/img/pics/medium/2026-07/398344_b3l9cen0n2.jpg Motosiklet və moped qəzaları
https://525.az/img/pics/medium/2026-07/398368_rvigwpkpkq.jpg Azərbaycanda ekoloji siyasət: ardıcıl proqramlar, məqsədyönlü addımlar
https://525.az/img/pics/medium/2025-10/367606_yp1dbcw343.jpg Həyat həqiqətləri bədii təxəyyül işığında - Tural Adışirin yazır
search
25 İyul 2026
24 İyul 2026

"Qarabağ" Avstriyaya gedir

"Qarabağ" Avstriyaya gedir

Son ölkə çempionu "Qarabağ"ın yay hazırlıq planı bəlli olub. İlk dəfə Çempionlar Liqasında iştirak edəcək Ağdam təmsilçisi  təlim-məşq toplanışı üçün Avstriyaya yollanacaq.

Bu haqda 525.az saytına klubun direktoru Əmrah Çəlikəl məlumat verib.

Onun sözlərinə görə, komanda iyunun 12-də bir araya gələcək və hazırlığın ilkin mərhələsi ayın 19-na qədər Bakıda keçiriləcək.

"Çempionlar Liqasına hazırlıq keçmək üçün gündəmimizdə Avropanın bir sıra ölkələri var idi. Sonda Avstriya variantının üzərində dayandıq. İyunun 19-da komanda Avstriyaya yola düşəcək. Təlim-məşq toplanışımız bir ölkədə baş tutacaq" - deyə o qeyd edib.

Klub rəsmisi komandanın gücləndirilməsi üçün transfer işlərinin davam etdirildiyini bildirib:

"Hələ ki, razılığa gəldiyimiz futbolçu yoxdur. Bəzi oyunçularla danışıqlar gedir. Müzakirələr müsbət nəticələnsə, müqavilə imzalanacaq".

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.