Mariupol
Bir Mari varıydı: Mari – Mariya;
şehli dodağında şərqi yaşıyan.
Ona çox deyirdim: gəminmi batıb? –
versən bir fikrini Şərqə daşıyam.
Mən Kırım xanının oğlu deyildim,
amma Azov boyu elə abaddı!
...Ona çox deyirdim: gəminmi batıb? –
eh, gəmisi nədir, şəhəri batdı!
Batan şəhərlərə oxşayan ruhun
işığı beləmi keçirmiş, yarəb?
Adamlar göylərə köç eləyirmiş,
şəhərlər haraya köçürmüş, yarəb!..
Dirilmə günündə dirildəcəksən,
nolar, durnagözlü sözünü dirilt.
Olar o gün məni diriltməsən də,
onun şəhəriylə özünü dirilt...