|
|
|
|

Aslan avtomobil həvəskarıdır. O, dəbdə olan "Toyota" markalı qara rəngli minik maşını almışdı. Təzə maşın alması münasibəti ilə çoxdan tanıdığı, hərdən onunla həmsöhbət olan Amillə avtomobil gəzintisinə çıxmışdı. Yolda gedərkən dünyada son zamanlar baş vermiş hadisələrdən, ermənilərdən və onların arxasında duran havadarlarından, xüsusi ilə son 30 ildən artıq Qarabağda xalqımızın başına gətirilmiş müsibətlərdən, millətimizin öz ata-baba yurdlarından, torpaqlarından qovulmasından, Ermənistandandan, qaçqınlardan, Qarabağ camaatının Azərbaycanın rayonlarında yerləşdirilməsindən, onların bu günə düşməsində Karapetyanın və Seyranyanın azərbaycanlılara qarşı amansız, dozülməz münasibətlərindən və işgəncələrindən söhbət edə-edə yol gedirdilər. Amil Aslandan soruşub, bu ermənilərə rəhbərlik edənlərin hansının azərbaycanlılara qarşı müsbət münasibətini olduğunu bilmək istədi.
Aslan çox ehtiyatlı, görüb-götürmüş ziyalı idi. Vaxtı ilə Qarabağda ermənilərlə birlikdə yaşamış və bəziləri ilə Sovet vaxtında bir təşkilatda da işləmişdir. Onların xasiyyətinə, hiyləgərliklərinə, alçaqlıqlarına çox yaxşı bələd idi. Amil Aslana ermənilərin hərəkətlərinə dair sual verdi: ermənilərin hansı yaxşıdır?
Aslan xeyli fikirləşdi, bilmirdi bu yaramazların hərəkətini və xasiyyətini Amilə necə izah etsin ki, o, ermənilərin kim olduqlarını anlasın. Amil bir də soruşdu:
- Aslan, sənə verdiyim sualı eşitmədin?
O, cavabında bildirdi:
- Eşitdim.
- Bəs nə üçün susursan? Yoxsa onlardan qorxursan, fikir bildirmirsən?
- Fikirləşirəm, onların xasiyyətini, azərbaycanlılara qarşı törətmiş olduqları cinayətləri, dağıdıb taladıqları evləri, qocalara və uşaqlara verdikləri işgəncələri sənə necə izah edim ki, başa düşəsən?
Aslan fikirli-fikirli maşını sürüb Amilin suallarına necə cavab verəcəyini götür-qoy edirdi. Əslində, bu vəhşilərin hərəkətlərini və yaramazlıqlarını bir-iki sözlə başa salmaq, suala tam cavab vermək mümkün deyildi. O bilmirdi ki, hardan başlayıb harda qutarsın.
Xeyli yol getdikdən sonra yolda maşının qabağına mal zibili çıxdı. O, fürsətdən istifadə edib maşının sürətini azaltdı. Maşının sağ tərəf təkərlərini zibilin düz üstündən sürdü. Beş-altı metr getdikdən sonra maşını saxlayıb Amilin də maşından düşməsini xahiş etdi. Hər ikisi maşından düşüb təkərlərin zibilin üstüdən keçən izinə baxdılar.
Aslan soruşdu:
- Zibili gördünmü?
Amil:
- Baxdım. Burda nə var ki, mənə göstərirsən?
Aslan:
- Səhərdən baş sındırıb sənin sualının cavabını axtarıram. İndi onun cavabını tapdığım üçün maşını saxlayıb sualın cavabını sənə göstərdim.
Yolun ortasında zibil tən yarıya bölünmüşdü. Amil Aslanın çox məharətlə və ustalıqla onun sualınının cavabını başa düşdüyünü bildirdi. Aslan bununla anlatdı ki, vəzifədə olan ermənilərin hamısı bir zibildir.



