Nikotindən azad yeni nəsil yetişdirmək üçün hərəkətə keçən Yeni Zelandiya hökuməti siqaret şirkətlərinin hökmranlığını qıracağını vəd edib. Hökumət bununla bağlı qəbul etdiyi qərarla az qala tütün asılılığına qarşı müharibə elan edib.
525.az “Hüriyet.com”a istinadən xəbər verir ki, bunun üçün hökumət gələcək nəslin qanuni olaraq siqaret almasına qarşı yeni qanun layihəsini qəbul edib. Dünyada ilk olan qanun layihəsi siqaret almaq üçün qanuni yaş həddini dəyişdirməklə yanaşı, siqaretlərdəki nikotinin miqdarını da azaldacaq.
Qeyd edək ki, qanunun 2023-cü ildə qüvvəyə minməsi gözlənilir.
Əntiqə Kərimzadə