Londonda evsizlərin gecələr şəhərin lüks yatmasının qarşısını almaq üçün inanılmaz addım atılıb. "Bomj"ların gecələdikləri məkanlara mismarlar vuran paytaxt meriyası insan hüququları təşkilatlarının sərt reaksiyasına səbəb olub.
Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, London Bələdiyyəsi "Southwark" körpüsü və bu kimi lüks yerlərdə evsizlərin yatmasına mane olmaq üçün həmin yerlərin döşəməsinə metal mismarlar yerləşdirib.
Evsizlərin bu yerlərdə yatıb qalxaraq, şəhərin gözəl görünüşünü korladığını düşünən bələdiyyənin addımı internetdə günün ən çox müzakirə edilən məsələsinə çevrilib.