Oğuz rayonunda dağlıq ərazidə yanğın başlayıb.
525.az-ın Şimal-qərb bürosunun məlumatına görə, yanğın rayonun Muxas və Baş Daşağıl kəndləri ərazisində, yüksək dağlıq ərazidə qeydə alınıb.
Yanğının söndürülməsi üçün Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi həyəti, o cümlədən meşə təsərrüfatı işçiləri əraziyə cəlb olunub.
Hazırda yanğın davam edir.