|
|
|
|
Dünən Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup üzvü NATO Parlament Assambleyasının "Rose Roth" seminarının keçirildiyi otelin qarşısında etiraz aksiyaya cəhd edib.
QAT-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aksiya iştirakçıları erməni nümayəndələrinin dərhal Bakını tərk etməsini tələb edib, müxtəlif şüarlar səsləndiriblər.
Aksiya yarım saatdan artıq davam edib. Polislər aksiya iştirakçılarını dağıdıblar, otelin qarşısından uzaqlaşdırıblar. Aksiya iştirakçılarından bir neçə nəfər otelə daxil olmağa, konfrans zalına girməyə cəhd göstərib, lakin polis bu cəhdlərin qarşısını alıb.



